adalet.az header logo
  • Bakı 7°C
21 Oktyabr 2021 13:28
1291
GÜNDƏM
A- A+

İranın təhlükəli vərdişi: Hindistan da İrandan gələn yüklərdən imtina etdi

 Azərbaycan, Gürcüstan,  Türkiyə, öz ərazilərindən İran avtomobillərinin gedişini əngəllədikdən sonra İranın əsəbləri püskürmək həddinə çatdı. O regionda vəziyyəti düzgün qiymətləndirib, bundan nəticə çıxartmaq əvəzinə, bölgənin  “sionistlərin”, terrorçuların  nəzarəti altında olduğunu bəyan elədi. 


Məlumdur ki. İran dünyada narkotiq ticarətinin dövriyyəsindəki yüksək pillələr tutduğuna  görə, bu tip münasibətlərdən inciməməliydi.  Hətta Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında maraqlı faktı açıqladı. O bildirdi ki, İran və Ermənistan da "narkotikə qarşı mübarizə" aparır, bizdə isə (yəni Ermənistan sərhədində) müharibədən sonra keçən bir il ərzində sərhəddə tutulan narkotikin həcmi iki dəfə deyil, 3-4 dəfə artıb. 

 

Hindistan liman operatoru İrandan gələn yüklərdən imtina edib

 


Adalet.az xəbər verir ki, Hindistanın Adani Qrupu konqlomeratının aid olan Adani Limanlarıının bütün terminallarına İrandan gələn yüklərin qəbul olunmaması tapşırılıb. Qərar 11 oktyabrda “ticarət məsləhətləşmələri”ndən sonra verilib. 15 noyabrdan etibarən üçüncü tərəf terminalları da daxil olmaqla bütün terminallara şamil ediləcəyi bildirilib.
Bu qərarın səbəbi isə sentyabr ayında Hindistanın qərb sahilində, Qucarat əyalətinin Mundra limanında iki konteynerdən təxminən üç ton heroinin ələ keçirilməsi olub. Hakim orqanlara görə, heroinin dəyəri 2,650 milyard dollar olaraq qiymətləndirilir.
Bundan əvvəl də sentyabr ayında 6 iranlı 20 milyon dollardan çox heroin idxal etdiyi üçün Qucarat sahilində Hindistan hakimiyyəti tərəfindən həbs edilmişdi.
Bəli, əgər 44 günlük müharibədən sonra Azərbaycan bu narkotrafikin qarşısını almasaydı və ya heç olmasa ona çox ciddi zərbə vurmasaydı, əksinə, bu narkotikə razılıq versəydi, Bakı ilə Tehran arasında münasibətlərdə heç bir problem olmazdı.
Amma Azərbaycan İran narkotrafikinə çox ciddi maneə oldu və cavabında müşahidə etdiyimiz gərginlik  baş verdi.


 Ümid edək ki, İran İslam Respublikası qonşuların münasibətini gördükdən sonra bəzi pis vərdişlərindən əl çəkər, “mehriban qonşuluq” prinsiplərini qoruyub saxlayar.


 Əntiqə Rəşid