adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 15:38
885
SAĞLAMLIQ
A- A+

Koronavirusun simptomları dəyişib - Baş infeksionist

Ötən illə müqayisədə koronavirusun simptomlarının dəyişdiyi müşahidə olunur.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin "İnstagram" hesabında canlı yayımda qonaq olarkən deyib.

Onun sözlərinə görə, simptomlar təxminən qrip və digər respirator xəstəliklərlə eynidir: "Hava-damcı infeksiyaları tənəffüs yollarını zədələyir. Əvvəl koronavirus xəstələrində hərarət, quru öskürək, iy və dadbilmənin itməsi əsas simptomlar idisə, "Delta"da daha çox qrip və digər respirator xəstəliklərin əlamətləri müşahidə olunur. Hazırda iybilmə və dadbilmənin itməsinə daha az rast gəlinir. Həmçinin, inkubasion müddətin daha qısa olduğunu və xəstəliyin daha tez ağırlaşmasını görürük. Daha çox yaxın təmasda olan insanlar arasında yoluxma müşahidə olunur. Əvvəllər hər ailədən bir nəfər xəstələnirsə, indi görürük ki, ailənin digər fərdləri də xəstəliyə qarşı müqaviməti yoxdursa, yoluxur".