adalet.az header logo
  • Bakı 18°C
19 Oktyabr 2021 10:44
654
MƏMLƏKƏT
A- A+

Suqovuşanda balıq tutmaq istəyən şəxs saxlanılıb - FOTO

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində işğaldan azad edilmiş Çaylı kəndinə gizli yollarla daxil olmaq istəyən şəxs, rayonun Hacıqərvənd kənd sakini Telman Yusibov saxlanılıb. Araşdırmalar zamanı onun balıq ovlamaq məqsədi ilə Çaylı kəndinin ərazisindən keçərək Suqovuşan kəndinə daxil olmaq istədiyi müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Yusibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.