SON DƏQİQƏ:

Vaqif İbrahimoğlunun doğum günüdür

  210   |  
Şriftin ölçüsü  

18 oktyabr Azərbaycan novatr teatr rejissoru Vaqif İbrahimoğlunun doğum günüdür. Vaqif İbrahimoğlu 1989-cu ildən dünyasını dəyişənə qədər (12 may 2011-ci il ) YUĞ Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır.

Vaqif İbrahimoğlu «YUĞ» teatrında 90-a yaxın tamaşaya quruluş vermişdi. Ölkədə Teatr islahatları bu dəyərli şəxsiyyətin adı ilə bağlıdır. 70-80-ci illərdə Azərbaycanda teatr avanqardı yarandı. Teatr avanqardının ən görkəmli nümayəndələrindən biri Vaqif İbrahimoğlu idi. 90-cı illərin əvvəlində Azərbaycan xalqı müstəqillik uğurunda mübarizəyə atıldı. Onun qurduğu tamaşalar Azərbaycan vətəndaşında ictimai şüuru, milli özünüdərki oyatdı. Vaqif İbrahimoğlu bunların hamısını çox yüksək səviyyədə etdi.

O, teatr pedaqogikasında böyük müəllim adını qazandı. Hamı ona müəllim deyirdi. Bu gün Vaqif İbrahimoğlunun bir ordu qədər tələbələri var. Onlar artıq yetişmiş rejissorlar, aktyorlardır.

Bu dəyərli fikirlər ona məxsusdur: "Heç kim heç kimə hamar bir yol vədə edə bilmir. Yollar enişli-yoxuşludur. Əgər biz istəyiriksə evimiz ünvanımız teatrımız həm özünü realizə etsin, həm milli köklərin üstündən qopmasın, həm dünyada baş verən proseslərə qoşulsun, onda əski vaxtlardan fərqli olaraq gənclərə özlərini daha çox sınamağa, təsdiqləməyə, yıxılıb başını qolunu əzsə də də yenidən qalxmağa şərait yaratmalıyıq. Bu şərtdi."

Allah Rəhmət eləsin.

Etibar Əliyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK