SON DƏQİQƏ:

Ötür-ötür oyunu...- Faiq QİSMƏTOĞLU yazır

  1074   |  
Şriftin ölçüsü  

Yaxud şəhidlərin ruhu niyə incidilir?

 

 Azərbaycan 44 günlük Böyük Qarabağ Savaşında çox möhtəşəm və tarixdə analoqu olmayan unikal bir qələbə qazandı. 44 gündə üç min şəhidimiz öz qanları, həyatları ilə işğal altında olan bütün torpaqlarımızı azad elədi...

...Və Böyük Qarabağ Savaşında yüzlərlə də yaralı qazilərimiz oldu. Əgər onlar döyüşməsəydilər, əgər onlar vuruşmasaydılar, biz Füzulini, Cəbrayılı, Hadrutu, Zəngilanı, Qubadlını, Şuşanı, Ağdamı,  Laçını, Kəlbəcəri işğaldan azad edə bilməzdik. Və onlar vuruşdular, qanları, canları bahasına bizi bu Vətən torpaqlarına qovuşdurdular. İşğaldan azad olunan hər bir qarış yerdə onların qanı, təri var. Və o qan, tər otların, çiçəklərin, çəmənliklərin üstünə hopub. Və günlərin bir günündə o çiçəklər torpaqdan boylananda yenidən biz üç min şəhidin səsini eşidəcəyik, nəfəsini, hənirini duyacağıq. Hər gün, hər saat biz onların səsini, nəfəsini hiss edirik...

...Onlar şəhadətə qovuşdular, öz adlarını və soyadlarını Azərbaycan tarixinin salnaməsinə yazdılar, biz də o şəhidlərə baxıb fəxr elədik, qürur duyduq. Artıq İkinci Qarabağ Savaşından bir ilə yaxın zaman ötür. O şəhidlərin bir çoxunun adı tariximizə yazılmaqla yanaşı, həm də əbədiləşdirilib. Amma əksər şəhidlərin adı onların doğmalarının dediklərinə güvənsək, əbədiləşdirilməyib və onlar da düz bir ilə yaxındır ki, icra hakimiyyətindən tutmuş Nazirlər Kabinetinə qədər müraciət ediblər. Çox təəssüf ki, həmin şəhid ailələrinin hamısına heç də yetərincə kömək göstərilməyib və heç olmasa təsəlliverici addım atılmayıb...

...Onlar icra hakimiyyətinə gedirlər, orda deyirlər ki, gərək şəhidin 4 medalı olsun. Bu da bizim səlahiyyətimiz daxilində deyil. O adı, şəhidin adının əbədiləşdirilməsi Nazirlər Kabinetindən asılıdır. Şəhid ailələri deyir ki, həmin Nazirlər Kabinetinə müraciət etməyimizə baxmayaraq, məsələ öz həllini tapmır ki, tapmır. Orda da bizə bildirirlər ki, ancaq 4 medal alanların adları əbədiləşdirilir.

Bu müəmmalı cavablar şəhid ailələrini razı salmır. Əgər hər hansı insan Vətən uğrunda şəhid olubsa, bunlar arasında heç vaxt ayrı-seçkilik salmaq həqiqətə uyğun deyildir. Yəni, 3-4 medal alan da şəhiddir, heç medal almayan da. Və şəhidlər arasında heç bir fərq ola bilməz. Kimsə bu fərqi qoyursa, o yalnış addım atır. Və şəhidləri medal alanlar və almayanlara bölmək də hardasa bir ədalətsizlikdir. Əgər Vətən uğrunda döyüşərək şəhid olubsa, onların hamısı bu Vətən, bu millət üçün doğmadır, əzizdir.

Rayon icra hakimiyyətləri başçıları şəhid ailələrinə çox vaxt arxa durur və kömək göstərir. Amma gəlin bununla razılaşaq ki, şəhidlərin adının əbədiləşdirilməsində bir çox başçılar ləng hərəkət edir, yuxarılardan tapşırıq gözləyir. Başqa sözlə demiş olsaq, onların şəhidlərlə bağlı ideyaları və düşüncələri bir qədər zamanla ayaqlaşmır. Təbii ki, hər şeyi icra hakimiyyətinin üstünə atmaq ədalətsizlik olardı. Amma elə məqamlar var ki, o şəhid ailələrini icra başçıları qəbul edərkən və dinləyərkən səmimi və diqqətli olmalıdırlar. Bəzən bir səmimi söz şəhid ailəsinin yarasının sağalmasına məlhəm ola bilər...

...Və bir də ola bilər bütün rayonlarda şəhidlərin adlarına məktəb, xəstəxana, küçə, bağça vermək mümkün olmasın. Amma ən azından onların hamısının xatirə kompleksini bir yerdə yaratmaq və orda onların şəkillərini vurmaq bir o qədər də çətin deyildi. Şəhid ailəsini o adam  başa düşər ki, onun da doğmalarından kimsə şəhid olsun. Əmisi oğlu, dayısı oğlu yox ey, övladı! Bax, onda bu dərdi, bu kədəri duymaq və anlamaq o qədər də çətin olmaz. Şəhidlərin adını əbədiləşdirərkən onların ailələrini süründürmək, ötür-ötür oyununa salmaq özü ən böyük günahdır. Əgər bir işi bacarmırsınızsa, onda o şəhid ailəsinə demək lazımdır ki, bu işə bizim gücümüz çatmır. Yoxsa, yalançı vədlərlə «məsələ bu gün həll olunacaq, sabah yoluna düşəcək» - deyib onları yola vermək lazım deyil.

Hər halda, istər medalı olsun, istərsə medalı olmasın. Hər bir şəhidin adı gec-tez əbədiləşdirilməlidir. Ən azından ona görə ki, nazirindən tutmuş icra başçısına qədər və eləcə də digər məmurlar o şəhidlərin qanı və canı hesabına bu vəzifədə əyləşiblər. Onlar da zəhmət çəkib şəhidlərin adının əbədiləşdirilməsi üçün ciddi addımlar atmalıdır. Bu addımlar atılarsa, şəhid ailələrinə bir təsəlli olar, şəhidlərin ruhları isə narahat olmaz...

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK