adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Oktyabr 2021 10:47
2836
GÜNDƏM
A- A+

Əcəli yaxınlaşan "keçi"dən növbəti provakasiya: Qəsəbə tikintisindən sonra "mer seçkisi" ...

Bir dəfə sosial mediada mənə həddən artıq ləzzət verən bir videoya baxmışdım. Deməli, bir Azərbaycan əsgəri üzünü erməni səngərinə tutub ucadan bir xəbərdarlıq edir: Eyy, Paşinyan, mən tərxis olub gedirəm, bax ha, üzünə-başına yaxma, qayıdaram".

 Deyəsən,  Paşinyan yox terrorçu Arayik artıq üzünə başına yaxmağa başlayıb.

Son günlər  qondarma, oyuncaq “dqr”  qondarma, oyuncaq başçısı, hərbi cinayətkar Arayik Arutunyan dəridən - qabıqdan çıxır ki, Azərbaycan Silahlı Qüvvələri  Hadrutda keçirdiyi hərbi əməliyyatın birini də Xankəndində keçirsin. Bildiyiniz kimi, Azərbaycanın Xocalı ərazisində ermənilərin saldığı yeni qəsəbənin tikintisi davam edir.

Yeni qəsəbə “Hayastan” fondununu maliyyə vəsaiti hesabına Xocalı rayonunun Daşbulaq (erm.Astxaşen) kəndi yaxınlığında salınır. Fotodan da göründüyü kimi bu ərazilər Xocalının öz ərazisidir.


Qəsəbəyə Xocalının Azərbaycanın nəzarətində olan Mədətkənd, Dəmirçilər və Sığnaq kəndlərində yaşamış ermənilər köçürüləcək.
2022-ci ilin sonunda istifadəyə veriləcək qəsəbədə 200 fərdi ev, tibb məntəqəsi, stadion, icma mərkəzi və s. inşa edilməsi irəlliləyir. İşlərin gedişinə isə bir başa Arayik Arutunyan nəzarət edir. Və bu nəzarəti də nümayişkaranə həyata keçirir.


Ötən gün isə  A. Arutunyan növbəti bir hərəkət ilə Azərbaycanın səbr kasasına növbəti damcını da atdı.

 

Azərbaycan Respublikasının Rusiyanın sülhməramlı hərbi kontingentinin qalan torpaqlarındakı Ermənistana bağlı separatçı-terrorçu rejimin faktiki nəzarətində olan Qarabağ torpaqlarında növbəti qanunsuz “seçki” keçirilib.


Adalet.az xəbər verir ki, "Кавказский узел"in yaydığı məlumata görə, oktyabrən 10-da Ağdam rayonunun “Nor-Qazançi” adlandırılmış Sırxavənd, Xocalı rayonunun Xaçmaç, “Tsaxkşat” adlandırılmış Qışlaq və Xocavənd rayonunun “Herher” adlandırılmış Qarqar kəndlərində “yerli orqanlar”a “seçki”lər keçirilib.


Guya seçicilərin 59,2% -i dörd icma başçısının seçkilərində iştirak edib, heç bir qanun pozuntusu qeydə alınmayıb. Nor Kazançı və Tsaxkaşat kəndlərinin seçilmiş başçıları  "Кавказский узел"ə bildiriblər ki, bu icmalarda su təchizatı, ötən payız zamanı müharibədə zədələnmiş evlərin təmiri məsələləri həll olunmayıb və Nor Kazançı sərhəd kəndində sahələrdə işləyərkən kəskin təhlükəsizlik problemi var. Guya bu təzə "merlər" bütün bu problemləri həll edəcəklər.


P.S. Görəsən,  erməni separatçıları niyə anlamaqda əziyyət çəkirlər ki, 30 ildən sonra o həvəslə torpaqlarını azad etməyə gələn Azərbaycanlılar, bir gün yenə dönüb yeni bir "təmizləmə" işi apara bilər və bunun qarşısını heç bir qüvvə, heç bir  dövlət ala bilməz. Türkiyənin prezidenti Rəcəp Tayyib Erdoğanın zərb məsələ dönən bir sözü var: Bir gece ansızın gelebiliriz!

Azərbaycan Ordusu həqiqətən yenidən ora gəlmək üçün sadəcə bir əmrə bənddir!

ƏNTİQƏ RƏŞİD