adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 10:02
44
DÜNYA
A- A+

Ukrayna Qara dənizə çıxışını itirib

Rusiya hərbi qüvvələri ərazidəki gəmiçiliyin qarşısını aldığı üçün Ukrayna Dnepr-Buq estuariyası vasitəsilə Qara dənizə çıxışını itirib.

Adalet.az xəbər verir ki, bunu Xerson vilayətinin qubernatoru Vladimir Saldo deyib. 

Saldo qeyd edib ki, "Dnepr çayındakı Xerson və Cənubi Buqdakı Nikolayev limanlarının Dnepr-Buq estuariyası vasitəsilə Qara dənizə çıxışı var. Orada gəmiçilik hazırda hərbçilərimizin hərəkətləri səbəbindən faktiki olaraq dayandırılıb".

O əlavə edib ki, Dnepr çayı da daxil olmaqla, Qara dəniz bölgəsində gəmiçilik faktiki olaraq dayandırılıb.

Dnepr-Buq estuari Qara dənizin şimal hissəsində yerləşir və Xerson və Nikolayev bölgələrini əhatə edir. Cənubi Buq və Dnepr çaylarının sahillərində yerləşən limanlara Qara dənizə çıxış təmin edir.