adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Oktyabr 2021 17:12
718
İDMAN
A- A+

Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurublar

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub.

Adalet.az xəbər verir ki, turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub.

Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib.