adalet.az header logo
  • Bakı 16°C
07 Oktyabr 2021 13:23
1267
DÜNYA
A- A+

ABŞ Əfqanıstana "Qarşısıalınmaz  azadlıq" gətirdi...

 ABŞ 2001-ci ildə tarixində ən uzun sürən, Əfqanıstanda başladığı müharibə ilə nə terrorçuluğa qalib gələ bidi, nə əfqanlara dayanıqlı hökumət qurmağa kömək edə bildi, nə  bu ölkədə baş alıb gedən korrupsiyanın, nə də narkotiklərin yayılmasının qarşısını ala bildi. Nəticədə Əfqanıstanda hakimiyyəti döyüşmək üçün gəldikləri "Taliban" hərəkatı ələ keşirdi. ABŞ isə biabırcasına bu ölkəni tərk etdi.
 

ABŞ və onun NATO-dakı tərəfdaşları, 11 sentyabr terror aktından sonra "Qarşısıalınmaz azadlıq" şüarları altında Əfqanıstanda terrorçu "Əl-Kaidə" və "Taliban" qruplaşmalarına qarşı hərbi əməliyyatlara başladı. 2011-ci ildə, döyüşlərin ən pik vaxtlarında, Əfqanıstanda döyüşlərə ABŞ -ın 100 min, NATO tərəfdaşlarının isə 30 minlik kontingenti qatılmışdı. Koalisiya qarşısına iki əsas məqdəd qoymuşdu. "Əl-Kaidə" terror qruplaşmasının rəhbərlərini ələ keşirmək və ya məhv etmək və əfqan xalqına "Taliban" hökumətini devirməklə demokratik hökumət formalaşdırmaqda kömək etmək.
 

20 illik mübarizədən sonra nə baş verdi? Vaşinqton "Taliban" hərəkatı ilə sülh müqaviləsi bağladı və hərbi kontingentini Əfqanıstandan çıxardı. Nundan sonra koalisiyaya daxil olan digər NATO dövlətləri də qoşunlarını bu ölkədən çıxardılar.

  20 il ərzində ABŞ Əfqanıstanda 2443 əsgərini itirdi, 20666 hərbiçisi isə yaralandı. NATO əməkdaşlarının  isə 1144 əsgəri öldü. Amerikan xüsusi müfətişinin hazırladığı məruzədə bildirilir ki,  Əfqanların itkisinin sayı bundan on dəfələrlə çoxdur, yaralıların sayı  barədə isə ümumiyyətlə məlumat yoxdur. Məruzədə qeyd olunur ki, bu illər ərzində həlak olan dinc sakinlərin sayı 48 mindən çoxdur. Reallıqda isə bu rəqəmlərin sayı daha çox ola bilər.
 

ABŞ üçün ən uzun sürən bu müharbədə, amerikan hökumətinin 1 trilyon dollar xərclədiyi bildirilir. Təkcə Əfqanıstanın infrastrukturunun bərpa olunması üçün ayrılan 145 milyard dolların taleyi barədə heç bir məlumat verilmir. Ölkə iqtisadiyyatının dirçəlməsi üçün İri miqyaslı layihələrə ayrılan vəsait, iri miqyaslı koorupsiyala yol açmışdı. 
 

 Uzun sürən müharibənin bir üstün cəhədi o oldu ki, 2011-ci ilin may ayında "Əl-Kaidə" terror qruplaşmasının lideri Üsamə bin Laden  və taliblərin lideri Molla Mühəmməd Ömər Pakistanda öldürüldülər. Düzdür, taliblər sonradan Molla Ömərin öldürülməsi faktını təkzib edərək, onun sadəcə vərəm xəstəliyindən dünyasını dəyişdiyini bildirdilər.

  Bir çox hərbi ekspertlər hesab edirlər ki, ABŞ-ın Əfqanıstanda törətdiyi hərbi cinayətlər araşdırılmalıdır. Müharibə illərində amerikanların bir çox hərbiçiləri bilərəkdən çoxsaylı dinc əhalini qətlə yetiriblər. Onların bir çoxu amerikan qanunvericiliyinə görə həbs edilərək məhkəmə qarşısına çıxarılsalarda, nəticədə bu heç nəyi dəyişmir.
 

 ABŞ -bir sıra dairələrində əfqan müharibəsinin mənasız olduğunu anlayırlar. SİQAR məruzəçisinin etiraf etdiyinə görə, amerikan hökuməti Əfqanıstandakı 20 illik fəaliyyəti dövründə, əfqan reallığını baça düşə bilmədi və buna görədə biabırçı məğlubiyyətə uğradı.
 

 Beləliklə, ABŞ-ın dünyaya "demokratiya" gətirmək planları, əvvəlki cəhdləri kimi Əfqanıstanda da fiaskoya uğradı. Əfqanıstan terrorçu "Taliban" qruplaşmasının hakimiyyəti ələ keçirməsi ilə "Qarşısıalınmaz azadığına qovuşdu". 
   
Rsstəm Hacıyev