DYP-dən körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda azyaşlının öldüyü yol qəzası ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Adalet.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Təəssüf ki, hələ də azyaşlı uşağı qucaqda saxlamaqla avtomobil idarə edən şəxslərə rast gəlinir ki, bu da həm qanunazidd, həm də son dərəcə təhlükəli əməldir.
Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.
Paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq səbəbindən qəza anında düşünməyə vaxt qalmır".
Digər Xəbərlər

AQİL ABBAS HİNDARXDA SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ - FOTOLAR

Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - FOTOLAR

Ramiz Mehdiyevin kürəkəni danışdı - VİDEO

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib - FOTOLAR

“Əgər xəyanət varsa, insan boşana bilər, sonu qətl olmamalıdır...” - Psixoloq

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 5 İL ÖTÜR

Bu tarixdən etibarən ölkədə heyvan bazarları BAĞLANIR
