21 Oktyabr 2025 12:34
67
ŞOU-BİZNES

Qumral: “Həyat yoldaşımdan çox pul qazanıram”

Ailədə ən çox mən pul qazanram. Axı mən müğənniyəm. Yalan danışmağı sevmirəm. Burda pis heç bir şey yoxdur. Həyat yoldaşımdan çox pul qazanıram.

Adalet.az bildirir ki, bu sözləri müğənni Qumral Musayeva  qonaq olduğu şou-proqramda deyib:

“Hamı elə bilir ki, bu sözlərə görə həyat yoldaşım məndən inciyəcək. Yaxud da məni danlayacaq. Ancaq belə deyil. Burda pis nə var ki, reallıq belədir. Mənim aylıq gəlirim ondan çoxdur.Mən məclislərə gedirəm, reklamlar edirəm. Ən çox gəlirim belə olur. Ancaq onun işi belə deyil axı”.

Əntiqə