“İki ölkə arasındakı ticarət dövriyyəsi 2024-ci ilin...”

“Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana dövlət səfərinə gəlib. Azərbaycan və Qazaxıstan dərin strateji tərəfdaşlığa malik dövlətlərdir. 20 il öncə dövllətlər arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Siyasi münasibətlər ilə yanaşı, son illər iqtisadi əlaqələrin də dərinləşməsi müşahidə olunmaqdadır”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artaraq 470 milyon dollara çatıb:
“Qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara olub. Bu o deməkdir ki, bu ilin 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-ci ilin ümumi dövriyyəsindən 14 faiz çox olub. Hər iki dövlət Orta Dəhlizin genişlənməsinə töhvə verirlər. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət hesab olunur.
2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu isə daha çox Orta Dəhlizin ötürmə imkanlarının artırılması ilə bağlıdır. Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri ölkələr arasında münasibətlərdə yeni səhifə açacaq. İnvestisiya, ticarət, təhsil, nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Bir qrup müəllimə maaşdan əlavə pul veriləcək - SİYAHI

“Onda dünyasını dəyişmiş insanların da pensiya kapitalı ailələrinə verilə bilərdi...”

“Neft ucuzlaşır, qızıl bahalaşır: Trampın vəd etdiyi “sülh” bazarlara necə təsir edə bilər?

“AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTOLAR

Bu qurumlara yeni səlahiyyət veriləcək

“Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil...”

Daha 120 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
