“Putin istəyir ki, Kiyev və Brüssel Ukrayna ərazisinin işğalını qəbul etsin”
“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş yeri kimi Macarıstan paytaxtı Budapeştə seçməklə Qərb ölkələri arasında Ukrayna müharibəsində baxışda fikir ayrılığını dərinləşdirmək istəyir. Birincisi, Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir. İkincisi, Budapeşt görüşündə Avropa liderlərinin iştirak etməməsi Brüsseli narahat edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Putin sülhdə maraqlı deyil, o Donbası tələb edir:
“Rusiya 4 il ərzində Donbasın tamamını işğal etməyib. Kiyev Donbasın bir hissəsini nəzarətdə saxlayır və həmin hissəni Rusiyaya verməyəcək. Kiyev indiki şərtlər altında atəşkəsə razıdır. Ukraynanın eyni zamanda itirdiyi əraziləri geri qaytarması çətindir. Putin vaxt udmağa çalışır. O istəyir ki, Kiyev və Brüssel Ukrayna ərazisinin işğalını qəbul etsin. Kiyev və Brüssel buna razı deyillər. Donald Trampın məqsədi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır. Münaqişənin həlli onu düşündürmür, çünki bu mürəkkəb məsələdir. Atəşkəs əldə olunmasa, Ağ Ev Avropa üzərində Ukraynaya hərbi texnika satmaqda davam edəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

