Tokayev İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib.
Adalet.az xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub. Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”.
Kasım-Jomart Tokayev onu da qeyd edib ki, müasir Azərbaycanın bütün nəzərəçarpan nailiyyətləri Prezident İlham Əliyevin qurucu, güclü liderliyi ilə ayrılmaz şəkildə bağlıdır.
Digər Xəbərlər

"Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır" - Tokayev

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu - YENİLƏNİB

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR

"Qazax qardaşlarımız Müslüm Maqomayevin repertuarından mahnı ifa ediblər" - Hikmət Hacıyev

"Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər" - Prezident

Sahibə Qafarova-Alen Simonyan görüşü keçirilib - YENİLƏNİB

“Orta dəhlizin inkişafı” birgə layihəsi regiona nə vəd edir?
