21 Oktyabr 2025 12:09
80
HADİSƏ

“Bakubus” avtobusu bulvara girdi -VİDEO + YENİLƏNİB

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“BakuBus” MMC-dən Adalet.az-a bildirilib ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.

***11:34

Bu gün paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusu qəza törədib.

Adalet.az xəbər verir ki, Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.