adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Oktyabr 2021 12:47
1278
DÜNYA
A- A+

Rusiya - ABŞ  arasında diplomatik əlaqələr təhlükədə

Bir qrup senatorun Rusiyanın 300 diplomatının ABŞ -dan qovulması ilə bağlı müraciətinə,  prezident Co Bayden çətin ki,  razılıq verəcək. Bu faktiki olaraq iki ölkə arasında dünya üçün  faciəvi nəticələrə gətirib çıxara bilər. Bu fikirləri politoloq, MDU-nin dosenti Boris Mejuyev RİA Novostiyə bildirib.

 "Hesab edirəm ki, Bayden buna getməz, ona görə ki, bu addım təkcə Rusiya və ABŞ üçün deyil, bütün insanlıq üçün faciəyə çevrilə bilər. Co Baydenin belə bir addım atması, faktiki olaraq iki ölkə arasında diplomatik əlaqələrin pozulmasına gətirib çıxarar. Bayden yəqin ki, bunu yaxşı anlayır"- deyə politoloq bildirib.

 Mejuyevin sözlərinə görə, baxmayaraq ki, demokratlar konqressdə üstünlüyə sahibdirlər və Bayden çoxluğun dəstəyinə malik deyil, yenə də O, vəziyyətin bu cür gedişinə imkan verməz.
 

"Belə bir addımın atılacağı üçün ciddi əssasların olduğu görünməsə də, belə bir məktubun meydana gəlməsinin özü həyəcan doğurmaya bilməz. Söhbət, ABŞ administrasiyasının Rusiyaya müqavimət göstərmək istiqamətində zəifliyini üzə çıxarmaqdan gedir. Amerikanın Rusiyaya təsiri zəifləyir, Rusiya kiberməkanında, iqtisadiyyatda, Avroasiyada və sair, ABŞ -ı sıxışdırmaqdadır. Çinlə münasibətlərdə isə bu sıxışfırma təhlükəli xarakter alır. Ona görə də hansısa qəti addımların atılması zəruridir"- deyə Majuyev düşünür.
 16 iyunda iki dövlətin prezidentlərinin Cenevrə görüşündə, Vladimir Putin və Co Bayden diplomatik missiyaların normal fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə etmələrinə baxmayaraq, hələ ki, bu sahədə işlər çox ləng gedir.

Rüstəm Hacıyev