SON DƏQİQƏ:

 Siyasi iradə: Qırmızı xətt silmək və qırmızı xətti "aşmaq" 

  602   |  
Şriftin ölçüsü  

Dövlətimiz qətiyyət göstərdikcə öz etiraz və iradlarını ortaya qoyduqca Qarabağ mövzusunda yeni və ürəkaçan xəbərlər eşitməyimiz artacaq . Məsələn Rusiya sülhməramlılarının cəmi bir neçə gün əvvəl Qarabağa təyinat almış komandanı Mixail Kosobokovun qəfil geri çağırılması diqqətə layiq hadisədir. Beləki,  general Qarabağa gələndə Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.  Üstəlik, sentyabrın 17-də isə Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşkəsin pozulması və nəticədə Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə xəbər yaydı. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı “təəssüf və təəccüb” ifadələri ilə təkzib etdi. Və qırmızı xətti  tapdalayıb, cızıqdan çıxan Mixail Kosobokov komandanlıq fəaliyyətinə başlamadan getdi.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr uzun müddət sonra müsbət sayıla biləcək cidi dəyişiklik ediblər.

 

 

 


Adalet.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə böyük və ciddi dəyişiklik edilib.
Belə ki, qondarma “dqr” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər.
Rusiya sülhməramlı qüvvələrinin xəritəsində belə bir dəyişikliyin edilməsi Ermənistana və separatçılara ciddi mesaj kimi də qiymətləndirilə bilər.

 

 3-cü qırmızı xətt


“DQR” –nın  sərhədlərini əks etdirən xəritənin silinməsindən sonra yəqin ki, “oyuncaq” qurumun “yüksək vəzifəli rəsmi şəxsləri”nin də qollarının qandallanaraq Azərbaycana təhvil verilməsi tez bir zamanda baş tutacaq. Aşağdakı tip məlumatları oxuyub əsəbləşməyəcəyik.   
Oyuncaq qurumun  naziri, prezidenti və sair...  
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 25 sentyabr - şənbə günü Azərbaycanın  Qarabağ torpaqlarındakı separatçı-terrorçu rejim tör-töküntülərinin “dövlət naziri” sayılan Artak Beqlaryanı qəbul edib. 
Erməni mediasının yazdığına görə, bu barədə Ter -Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin mətbuat katibi  Arman Musinyan “Facebook” səhifəsində məlumat yayıb.

 


 
Qeyd olunur ki, görüş zamanı yalnız humanitar problemlər, xüsusən də məcburi köçkünlərin mənzil və işlə təmin edilməsi,  Qarabağdakı erməni sakinlərin digər sosial problemlərinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
 
Xatırladaq ki, sentyabrın 21-də Ter-Petrosyan öz malikanəsində  separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanı qəbul etmişdi...
 
Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21
2021-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK