adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Sentyabr 2021 18:07
561
MƏMLƏKƏT
A- A+

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirilir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və hərbi hissələrdən yarışlara cəlb edilən iştirakçılar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayaraq fərdi birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.