SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: YÜKSƏK OKTANLI BENZİN, YUSİF MƏMMƏDƏLİYEV VƏ 2021-Cİ İL 

  1111   |  
Şriftin ölçüsü  

95 və 98 oktanlı benzinin qiyməti qalxdı. SOCAR səbəb də onu göstərir ki, bu benzinlərin qiyməti onu istehsal edən ölkələrdə qalxıb. İqtisadçı Natiq Cəfərli də «Avtosfer.az» saytında açıqlama verərək bunun yalan olduğunu faktlarla sübut edib. Natiq Cəfərlinin həmin yazısını bugünki saytımızda dərc etdiyimizə görə bu barədə geniş yazmaq istəmirəm.

Artıq az qala 200 ilə yaxındır ki, Azərbaycan sənaye üsulu ilə neft çıxarır və dünyanın neft ölkələrindən biri sayılır.

Vaxtilə Azərbaycanda iki neftayırma zavodu vardı. Birinin rəhbəri Rəsul Quliyev idi, sonradan başqaları da gəldi, o birisi Yeni Bakı Neftayırma zavodunun direktoru da bu gün SOCAR-a rəhbərlik edən Rövnəq Abdullayev idi.

İndi deyəsən Rəsul Quliyevin zavodu işləmir və deyəsən, orda bərpa işləri gedir. Nə isə…

Bir məsələyə toxunum, sonra fikrimi deyəcəm. Azərbaycanın 95 və 98 benzinini aldığı ölkənin arasında Gürcüstanın da adını oxudum. Qəribədir, elə deyilmi? Gürcüstanda neftmi çıxır, neftayırma zavodlarımı var? Necə olur ki, biz Gürcüstandan benzin alırıq? Bunu SOCAR-ın yetkililəri nəyləsə izah edə bilərlərmi?

Necə ola bilər ki, bu günə qədər neft ölkəsi özü belə bir zavodu inşa edə bilməsin və milyonlarla dolları hansısa ölkələrə pay-pürüş edək. Təkcə bu il xaricdən aldığımız yüksək oktanlı benzinə verdiyimiz pula Bakıda bir yox, iki zavod tikə bilərik.

Dünyada ilk yüksək oktanlı yanacağı bizim Yusif Məmmədəliyev (qarşısına görkəmli, dahi sözlərini ona görə yazmıram ki, Nəriman Qasımoğlu çox haqlı olaraq yazır ki, elə şəxsiyyətlər var ki, onun qarşısına dahi, məşhur, tanınmış, görkəmli sözlərini yazmaq lazım deyil. Çünki onları təkcə bizim xalq yox, bütün dünya tanıyır) kəşf edib, özü də düz 80 il bundan əvvəl, hələ də hətta kosmosa uçan raketlər də Yusif Məmmədəliyevin kəşf etdiyi yanacaqla uçurlar.

Deməli, biz bu 80 ildə ikinci Yusif Məmmədəliyev yetişdirə bilməmişik, ya da yusifməmmədəliyevlərin qarşısına elə hasarlar çəkmişik ki!

Görünür, xaricdən almaq benzin alverçilərinə sərf edir.

Deputat, hörmətli Eldar Quliyev də deyir ki, 15 qəpik nədir ki? Ay Eldar müəllim, təkcə bu il benzin 3 dəfə qaldırılıb, bu bir. İkincisi, heç kəs 1 litr benzin tökmür ki, 15 qəpik fərq etməsin.

Mejduproçim, benzinlə bərabər çörəyin də qiyməti qalxıb. Biz avropalı deyilik, xalqımızı da ayaq üstə saxlayan çörəkdi. Bəzən evdə yavanlıq olmayanda çörəyə yavanlıq elə çörək olur.

Və sonda. Görün Azərbaycan təhsili nə səviyyəyə düşüb ki, düz müstəqilliyimizin 30 ilində nəinki bir Yusif Məmmədəliyev, Xudu Məmmədov, Cəlal Allahverdiyev, Mirabbas Qasımov, Fərəməz Maqsudov, Arif Babayev və hətta bir Əhliman Əmiraslanov, Misir Mərdanov, Abel Məhərrəmov, Rəşad Mahmudov yetişdirə bilməmişik.

Kəsəsi. Nə qədər ki, təhsilimizin səviyyəsi belədir, biz həmişə xaricə möhtac olacağıq.

Qaldı benzinin bahalaşmasına, burda ən böyük səhvmi deyək, günahmı deyək, bahalaşmanın səbəbinin xalqa dəqiq açıqlanmamasıdır. Biz 44 günlük müharibədən çıxmışıq və bu müharibədən də hələ tam çıxmamışıq.

Və tam qələbə çalmaq üçün, yəni sülhməramlıların da nəzarət etdiyi ərazilərin Azərbaycanın tam nəzarətinə keçməsi üçün bu millət canını verməyə hazır olduğu kimi, evindəki nişan üzüyünü də dövlətə bağışlaya bilər, necə ki 1993-cü ildə bunu elədi.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK