SON DƏQİQƏ:

Ermənilərdən  növbəti "şok" açıqlama: ""Bayraktar"ı ermənilər icad edib" - VİDEO

  776   |  
Şriftin ölçüsü  

Ermənilərin başqa dövlətlərin milli-mədəni və tarixi abidələrini, milli mətbəxlərini, ixtiralarını öz adlarına çıxardıqları bütün dünyaya məlumdur. Onlar bu oğurluqları özlərinə məxsus hiyləgərliklə dünyaya yayır, erməni xalqının həm də ağıllı. savadlı, dünya görüşlü, eyni zamanda qədim olduğunu təsdiqləmək üçün ən axırıncı yollara əl atırlar.


Məsələn özlərinin qədim olduğunu bildirmək üçün və ən ari irq olduğunu təsdiq etmək üçün artıq ağıllarına gələni danışmaqdan çəkinmirlər. Beləki, erməni rəvayətlərinin  biri də deyilir ki, Nuh peyğəmbər Yer üzündən su çəkiləndə ilk ayaq basdığı yerə "Armeniya" deyib...


Napoleondan Suvorova, Çarli Çaplindən Eynşteynə, Misir fironlarından ABŞ prezidentlərinə qədər hər kəsi erməni sayan "hay"lar yalanlarını həm də o qədər çeşidləyiblər ki, artıq kimsə bu uydurmalara təəccüblənmir. Hətta bu ilin yanvar ayında Rusiyanın Yandex saytında maraqlı bir məqalə də dərc etdirdilər. "Şahzadə Diana Naxçıvandandır: Ledi Dinin erməni kökü haradandır" adlı məqalədə ermənilərin iddialarına görə, ingiltərə şahzadəsi Diana Spenserin erməni kökləri var.
 Artıq demək olar ki, ciddi insanlar gündə bir “kəşf”ə imza atan erməniləri ciddi qəbul etmir. Hətta onlara gülür və ələ salırlar. Bu günlərdə Rusiyanın tanınmış  idman jurnalisti və  televiziya şərhçisi Vasili Utkin də  onları belə kəşflərinə görə ələ salmışdı. O verlişlərin birində deyib ki, məsələn, Ermənistandakı qədər bərbad yol heç bir yerdə yoxdur. Ancaq bu dediyim qalmaqal yaratmaz, əksinə, ermənilərə hörmət əlamətidir. Çünki Ermənsitana getmisinizsə, sizə mütləq bildirəcəklər ki, dünyada hər bir şeyi ilk dəfə onlar kəşf edib. O bərbad yol da ilk asfaltın nümunəsidir. İlk dəfə yaradılmış yoldu və tarixi arxitekturadır. 


 Ermənilər yenidən özlərini gülüş obyektinə çevirə biliblər. 
 Adalet.az xəbər verir ki,  artıq sosial şəbəkələrdə yayımlanan videoda Türkiyə Prezidenti Ərdoğanın kürəkəni Səlcuq Bayraktar tərəfindən yaradılan və bütün dünya tərəfindən təsdiqlənən “Bayraktar” dronlarının guya erməni fiziklər tərəfindən ixtira edildiyi vurğulanıb.


Yayımlanan videoda deyilir: “Mən təəssüf edirəm ki, bizim ölkəmiz öz əsgərlərinin və elm adamlarının xarici ölkələrə getməsinə imkan yaradırlar. Amma onlar bunun qarşısını ala bilərdilər. Bu lənətə gəlmiş “Bayraktarı” bizim ermənilər yaradıblar. Bizim fiziklərimizi, elm adamlarrımızı gərək ölkədən buraxmayaydılar” – deyə erməni qadın təəssüflə bildirib.

 

 

 

Əntiqə RƏŞİD

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK