Sualtı internet kabelləri SEPAH-ın hədəfində
İran Hörmüz boğazından keçən sualtı internet kabellərinin mümkün hərbi qarşıdurma zamanı hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü bildirib.
Onun sözlərinə görə, müharibə baş verəcəyi təqdirdə, Tehranın cavabı daha sərt olacaq və yeni silah növlərindən istifadə ediləcək.
SEPAH sözçüsü qeyd edib ki, Hörmüz boğazından qlobal internetin fəaliyyəti və kommersiya məlumatlarının ötürülməsi üçün mühüm əhəmiyyət daşıyan yeddi əsas sualtı kabel keçir. O, bu infrastrukturun mümkün hədəflər sırasında ola biləcəyinə diqqət çəkib.
Digər Xəbərlər
20 Oktyabr 2026 08:43
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
20 Oktyabr 2026 07:56
Hər uşağa “SpaceX”dən səhm verəcək
20 Oktyabr 2026 07:54
Məşhurlara həmin reklamları qadağan edirlər
20 Oktyabr 2026 07:54


Bakı -°C

