Bakıda dövlət qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısı başladı
Oktyabrın 20-də Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik imkanları və kiber risklərin idarəedilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı keçirilir.
Adalet.az xəbər verir ki, toplantıda dövlət qurumlarının nümayəndələri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və mütəxəssislər, qərarverici şəxslər və ekspertlər iştirak edirlər.
Süni intellekt siyasətlərin, rəqəmsal infrastrukturun, inzibati qərarların qəbulunun və dövlət qurumlarının gündəlik fəaliyyətinin getdikcə daha geniş tərkib hissəsinə çevrilir. Onun tətbiqi dövlət xidmətlərinin səmərəliliyinin artırılması və kibermüdafiə imkanlarının gücləndirilməsi üçün əhəmiyyətli potensial yaratsa da, eyni zamanda, risk mühitini, texnoloji və təchizat zənciri asılılıqlarını, məlumatların idarəolunması üzrə tələbləri, habelə institusional məsuliyyət və hesabatlılığın mövcud strukturlarını yenidən formalaşdırır.
Ekspert forumunda təhlükəsiz və etibarlı rəqəmsal hökumətin formalaşmasına dair mövcud prinsiplərin süni intellektdən istifadə olunan mühitdə necə tətbiq edilə biləcəyi, süni intellekt, kibertəhlükəsizlik və məlumatların idarəolunması üzrə formalaşmaqda olan Avropa tənzimləyici və siyasət çərçivəsinin institusional və əməli fəaliyyətə necə tətbiq olunduğu, habelə süni intellektlə bağlı risklərin mövcud informasiya təhlükəsizliyinin idarə olunması və risk idarəetməsi çərçivələrində necə sistemli şəkildə müəyyənləşdirilə, qiymətləndirilə, idarəoluna və monitorinq edilə biləcəyi müzakirə olunacaq. Etibarlı rəqəmsal hökumət, süni intellektin idarəolunması və kibertəhlükəsizlik üzrə Avropa, Azərbaycan perspektivləri və təcrübəsinin mübadiləsinə xüsusi diqqət yetiriləcək.
Digər Xəbərlər
20 Oktyabr 2026 11:14
"Süni intellektin dövlət idarəçiliyində tətbiqi prioritetlər sırasındadır" - Allahverən İsmayılov
20 Oktyabr 2026 11:13
"Süni intellektlə sistemlərin zəif nöqtələrini müəyyən edə bilərlər" - Aİ-nin təmsilçisi
20 Oktyabr 2026 11:02
İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradıldı
20 Oktyabr 2026 09:52
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
20 Oktyabr 2026 09:48
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - FAKTİKİ HAVA
20 Oktyabr 2026 09:39
"Azərbaycanda son 7 ildə 51 yarımstansiya tikilib" - Baba Rzayev
20 Oktyabr 2026 00:04
Zəngilanın azad edilməsindən 6 İL ÖTÜR
19 Oktyabr 2026 22:23


Bakı -°C

