RUSİYADAN ÇOX AĞILLI BİR QƏRAR

Deməli, bizim gözəlim Bakı şəhərində 1 milyondan artıq maşın var, yəni bir o qədər də sürücü, iki-üç dəfə də artıq sərnişin. Dəfələrlə görürük ki, maşınlardan çölə zibil atılır. Beləliklə, şəhəri zibilxanaya çeviririk. Sonra da bizim atdığımız zibilləri təmizləyənlər qəzalara uğrayır, həlak olurlar. Sonra da vurhavur bunlar haqqında yazırıq.
Demirik ki, ay nemes, sən bu zibili niyə küçəyə atırsan ki, bu yaşlı insanlar da sənin zibilini yığanda qəzaya uğrasın.
Görün Moskva neylədi? İzləmə kameralarının sayını artırdı. Yeni kameralar yalnız küçəyə zibil atan maşınları qeydiyyata alacaq. Və müxtəlif cərimələr müəyyən edilib. Ən yüksək cərimə də küçəyə və yaxud yola butulka atanlar haqqındadı: təxminən 2000 dollar.
Bəlkə biz də bunu həyata keçirək?