adalet.az header logo
  • Bakı 16°C
08 Sentyabr 2021 14:23
856
DÜNYA
A- A+

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında növbəti dəfə antiterror əməliyyatı keçirib.

Adalet.az-ın məlumatına görə, bu barədə ölkəni Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, əməliyyat nəticəsində 13 PKK-lı terrorçu zərərsizləşdirilib.

Həmin terrorçuların hücum həyata keçirmək planlaşdırdıqları məlum olub.

Xatırladaq ki, ötən gün Suriyanın şimalında hücum nəticəsində 1 türkiyəli hərbçi həlak olmuşdu.