adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aktyorlar gedib idmanla məşğul olsun - Eminquey yazır

EMİNQUEY AKİF
1830 | 2021-09-08 12:32

2 ildir teatrlar dayanıb. Rejissorlar, aktyorlar buna baxmayaraq böyük ümidlə, çox çətin şəraitlərdə teatra hazırlaşır, tamaşalar qurur, məşqlər edir. Evdə, balaca ofislərdə... İstər rejissor, istər aktyorlar, istər ssenaristlər - çox kiçik məbləğlər alırlar aylarla davam edən işin müqabilində. Və gözləyirlər ki, yaddan çıxan teatrlar açılacaq. Əvəzində nə olur? İdmana qapılar açıqdır. Güləş, futbol oyna, ox at, üz, al bu da pulun. Onlar da pandemiya bəhanəsilə məşqi azaltsınlar, başdansovdu hazırlaşıb meydana çıxsınlar. Çıxsınlar olimpiadaya, uduzsunlar. Çıxsınlar yaşıl meydançaya, Lixtenşteynə uduzub qayıtsınlar. Axırda da bir gurultulu rəsmi çıxış elə ki, ayıbdı, niyə oynamırsuz, ə? Sizə bu qədər pul ayırmışam. O pulların çox yox, yarısını teatra ayırsaydınız, azad teatrları boğmasaydınız, o teatrların reklamı ilə məşğul olsaydınız, indi festivallarda ad çıxarırdı bu ölkə! İndi bu ölkənin əzələsilə yox, beynilə düşünə bilən normal təbəqəsi var idi.

TƏQVİM / ARXİV