adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
06 Avqust 2021 15:27
34010
İDMAN
A- A+

Tokio-2020: Hacı Əliyev FİNALDA

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kiloqram çəki dərəcəsində yarımfinalda hindistanlı güləşçi Bacranq Bacranqla qarşılaşıb.

Adalet.az-ın məlumatına görə, güləşçimiz rəqibinə 12:5 hesabı ilə qalib gələrək finala çıxıb.

H.Əliyev finalda yaponiyalı güləşçi Takuto Otoquro ilə qarşılaşacaq.

Final oyunu sabah günorta saatlarında baş tutacaq.

Xatırladaq ki, H.Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diattanı, 1/4 final mərhələsində isə qazaxıstanlı güləşçi Daulet Niyazbekovu məğlub edib.