SON DƏQİQƏ:

Erməni terrorçu qrupun üzvlərinə hökm oxundu

  50519   |  
Şriftin ölçüsü  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.

Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) və 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələr ümumi ittihamdan xaric olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.

Dəstə üzvlərinin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalarının başa çatdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmalarının təmin olunmasını barədə hökm elan edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK