adalet.az header logo
  • Bakı 11°C
26 Iyul 2021 16:10
72940
KRİMİNAL
A- A+

Dəhşətli qətl

Sank - Peterburqda Rusiya Hərbi Dəniz Donanmasının istefada olan admiralı Leonid Lobanovun arvadı və oğlu mənzilində doğranmış halda tapılıb. 

Bu barədə məlumat verən RİA Novosti bildirir ki, faciə admiralın Butlerova küçəsindəki mənzilində baş verib. Qonşuların blokda kəskin iydən şikayətindən sonra mənzilin qapısını sındıraraq içəri daxil olan polis işçiləri, admiralın arvadı və oğlunun doğranmış cəsədini tapıblar.

KİV -lərin məlumatına görə, qətlin törədilməsində, 16 iyulda Ruçye stansiyası yaxınlığında elektik qatarının təkərləri altında qalaraq həyatını itirən   admiralın özündən şübhələnilir. 

Hadisəylə bağlı cinayət işi başlanıb.

Mehriban Cəfərova