adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

O sağdırmı?! - Emin Piri yazır

Emin Piri
59905 | 2021-07-19 10:16

Nə qədər acınacaqlı olsa da müharibənin psixoloji zərbələrini ara-sıra yaşamalı olacağıq. Dəhşətlərini də. İnsanlar var ki, ölüm onlarçün adiləşib. Elə mülkidə də.

Məsələn, birini düşünürəm, görəsən hardadır, necə adaptasiya olub, salamatdırmı?

XTQ-nin zabiti idi. Hündürboy, yaşı təxminən mən kimi, saqqalı ağappaq. Elə bilərsən 60-7 yaşı var.

Noyabrın əvvəli. Təxminən 4-ü və.s. Digər bölmələr əsasən piyada qoşunları həm atəş dəstəyi, həm düşməni oyalamaq üçün Şuşa ətrafı yüksəkliklərə yeridilir.( top birlikləri digər artileriya əsasən Mədətkənd ətrafı meşəlikdə və Çanaqçıda, piyada qoşunları isə daha irəlidəki yüksəkliklərdə və meşələrdə)

Xocalının Mədətkəndindən Çanaqçıya keçməli idik. Aradasa açıq ərazi var, minamyot və toplarla vururlar. Ani məqam gözləyirik ki,Mədətkənd ətrafı meşəlikdən Çanaqçıya girək. O açıq tarla ərazisində hədəf olmadan. O ərazidəsə vurulan maşınlarımız və.s var hələ də yanır, alovu belə sönməyib. Biz də Çanaqçı, oradan Siqnax, oradansa daha irəli piyada meşə  cığırlarş ilə Şuşa ətrafı yüksəkliklərdə mövqe tutmağa getməliyik. Həmin gecə bloknotuma bir cümlə yazıram: burda işimiz "mişen"likdir. Analizim o ki, bizim bölmələrin orda işi diversant hücumunun qarşısını almaq, düşməni oyalamaq, onlara ümumi yuxarı komandanlığın planında məhz bizlər hücum edəcəyik kimi görüntü yaradaraq çaşdırmaq, bizi görən zaman atacaqları artileriya bölmələrinin yerini kəşf etmək, daha düzüsü "mişen" olaraq XTQ və digər bölmələrin rahat hərəkətinə yardımçı olmaqdır. Təbii ki, bu cür "mişen" kimi söhbətləri əsgərlərlə etmirik.  Amma bildiyim həqiqət klassik müharibə variantında "mişen"likdir.

Nə isə, hərəkət etmək istərkən birdən düşmənin minamyot və top atışları başladı. Meşədə hərəmiz özümüzü bir çalaya tulladıq qəlpələrdən xilas olmaqçün. O dediyim zabit özüyçün ayaqüstə gəzirdi. Dedim, axı, belə vuracaqlar. Dedi; öləndə öləcəm də...ölümdü də.. bir az gözləyin, indi onları mələdəcəyik.

Həmin an onun sözləri dəhşətli gəldi mənə...İnsana nə qədər öz ölümü adiləşə bilər.  Və ya niyə öləciyi anı tələsdirsin...
Əgər sağdısa, yadına düşürsə, çox istərdim mülkidə görüşüm.

Rəhmətə gedibsə Allah rəhmət etsin

TƏQVİM / ARXİV