SON DƏQİQƏ:

Polis 3 rayonda narkotik əməliyyatı keçirdi: Saxlanılanlar var - VİDEO

  80538   |  
Şriftin ölçüsü  

Abşeron, Səbail və Binəqədi rayonlarında polis əməkdaşları narkotiklərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.

Onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi ümumi çəkisi 2 kiloqram 260 qram olan 19 ədəd çətənə kolu aşkar edilib.
Fərid Vəliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini bildirib.

Səbail rayonunda da narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Vurğun küçəsində Nəriman Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, 1 kibrit qutusu qurudulmuş marixuana və 7 ədəd psixotrop həb aşkar edilərək götürülüb. Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Azər Həsənov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2 kiloqram 300 qram heroin götürülüb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb. Əməliyyat zamanı "patı" adlanan psixotrop maddə olan metamfetamin satmaqda şübhəli bilinən Ramin Rəcəbov, Pünhan Bayramlı və Kənan Yarıyev saxlanılıblar. Bu şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri külli miqdarda metamfetamin aşkar edilib.

Qeyd edilən hər 3 faktla bağlı Abşeron, Səbail və Binəqədi Rayon Polis İdarələrində araşdırmalar və istintaq tədbirləri davam etdirilir.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK