SON DƏQİQƏ:

Terapevt: Anidən öldürən günvurmadan qorunun...MÜSAHİBƏ

  66505   |  
Şriftin ölçüsü  

.⁠Yay mövsümü ilə bağlı ən ürküdücü xəbərlər çoxalmaqdadır. İstilər yüksək tempraturla özünü göstərməkdə davam edir . Hətta ötən gün analoqsuz istilərin təsirindən Kanadanın kiçik Litonda şəhərciyindəbütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.  Günvurmadan isə xeyli insan  itkisi baş verib.

⁠Əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Müsahibim terapevtLətifə Mikayılovadır. Onun bu mövzu ilə bağlı fikirlərini öyrənməyə çalışacağıq. 

- Lətifə xanım, bəzi xəstələr üçün, həkimlərimiz günəş vannası qəbul etməyi məsləhət görür. Bilirik ki, günəş müalicəvi xarakter daşıyır. Bəs günəşin zərərli tərəfi olan  günvurma necə baş verir? 


Dahi söz mütəfəkkiri Nizami Gəncəvinin bir şeiri var: .

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda.

Artıq içiləndə dərd verir su da.

 Əlbəttə, müdriklərimizin dediyi  kimi hər şeyin artığı ziyanlıdır, eləcə də günəşin şüalarının. Hər yay respublikada  günvurma hadisəsi artmaqdadır. Bu mövsümdə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına gətirib çıxarır. Günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir.

 

 

 -Lətifə xanım, günvurma ən çox hansı yaş təbəqəsinə təsir edir?


⁠- Əslində fərqi yoxdu, yüksək tempraturdan hər bir insan əziyyət çəkə bilər, amma uşaqlar, yaşlılar, xroniki xəstəliyi (ürək-damar xəstəliyi, yüksək təzyiq, taxikardiya, tənəffüs sistemi xəstəliyi, böyrək xəstəliyi, diabet və digər endokrin xəstəliklər, qaraciyər xəstəliyi, Alzheimer, Parkinson və s.) olanlar, depressiya və ağıl xəstəliyi olanlar, içkili vəziyyətdə olanlar, tək yaşayanlar, müxtəlif dərman müalicəsində olanlar, hamilə qadınlar və şişmanlar, istidə ağır fiziki işlə məşğul olanlar risq altındadır. 
⁠- Görmüşük ki, iki eyni adam eyni saatlarda günəşin altında olublar, amma adamın birini gün vurub , o birini yox... Bu nə ilə əlaqədardı?


⁠- Risk fərdi vəziyyətə, istiyə məruz qalma səviyyəsinə, isti havaya adaptasiya qabiliyyətinə görə dəyişir.

 - Doktor, günvurmuş adama ilk yardım üçün nə edə bilərik?

 

 

⁠- Əvvəlcə gərək şəxsin gün vurub vurmadığını təyin edəsən. Şəxsdə ümumi zəiflik, başağrısı, ürəkbulanma, nəbzin və nəfəsalmanın tezləşməsi, ⁠bəbəyin genişlənməsi və digər dəyişikliklər hiss edirsinizsə, dərhal onu həmin ərazidən çıxarmaq və yardım göstərmək vacibdir. Həkim gələnədək xəstədə ürəkbulanma və qaytarma olarsa, onun qusma kütləsi ilə boğulmasının qarşısı alınmalıdır.

⁠Bu tibbdə yüngül dərəcə hesab olunur. Orta dərəcə deyəndə isə kəskin gücsüzlük, ürəkbulanma və qusma ilə müşayiət olunan başağrısı, qulaq batması, hərəkətlərdə inamsızlıq(laxlayan yeriş), zamanlı özündəngetmə halı nəbz və nəfəsalmanın sürətlənməsi, bədən temperaturunun 39-40 dərəcəyə qalxması nəzərdə tutulur. Yüngül dərəcədəki kimi ilk tibbi yardım edib, Təcili Tibbi Yardıma müraciət olunmalıdır.

⁠- Ötən gün Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində isti hava ilə bağlı 700-dən çox insan ölüb. iyunun 25-dən iyulun 4-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb:Bu, analoji dövrlə müqayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

⁠ - Bəli , ağır dərəcəli günvurmada isə hətta ölüm halı da baş verə bilər. Anidən baş verən günvurmada üzdə və bədənin bəzi hissələrində damarların həddindən artıq qanla dolması, yüngül özündəngetmə halından komaya qədər hallar, nəcis və sidiyin qeyri-iradi xaric olması, sayıqlama, qarabasma, temperaturun 41-42 dərəcəyə qalxması halları müşahidə olunur. Mütləq həkimə müraciət edilməlidir!Həkim gələnə qədər ventilyator qarşısında dəri isladıla, soyuq su ilə duş aldırıla və ya qoltuq altına, boyun və ombalarına soyuq kompres tətbiq oluna bilər. Bu zaman ancaq sudan istifadə etmək lazımdır.

- Günvurmadan sağalandan təkrar bu baş verə bilərmi? Risq  varmı?

- İstənilən dərəcəli günvurmadan sonra neqativ təsirləri vaxtında aşkara çıxarmaq məqsədilə həkimə müraciət edilməlidir. Bir neçə gün fiziki gərginlik məhdudlaşdırılmalı, günəş şüalarından uzaq durulmalıdır. Əks təqdirdə təkrar gunvurma risqi artır. Mütəxəssislər yataq rejiminə riayət etməyi tövsiyə edirlər. Bu, sinir sisteminin fəaliyyətini, qanın biokimyəvi göstəricilərini və metabolik prosesləri bərpa edir.

 - Müsahibəyə və maarifləndirməyə görə  görə,   təşəkkür edirik!


 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK