SON DƏQİQƏ:

Nigar Şabanovadan xəbər var :” Gözləyənim olmasa...”

  36292   |  
Şriftin ölçüsü  

Əməkdar artist Nigar Şabanova ötən il verilişlərin birində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkmişdi. Xanım müğənni həmin açıqlaması ilə ilk ailəsi dağılandan sonra tənha qaldığını, darıxdığını xüsusi vurğulamışdı:”Təklik insanı çox bezdirir. Sənətim gözəldir, sevənlər çoxdur. Xanımlığımı da sevənlər çoxdur. Amma iş olmayan günlər hiss edirəm ki, təklik insanı sıxır. Ailəm dağılandan sonra çox depressiya yaşayırdım. Yalnız televiziya və tamaşaçı qarşısında gülürdüm. Amma bu dərd və depressiyanı heç kimə göstərmirdim.

Övladlığa uşaq götürdükdən sonra çox pozitiv olmuşam. Hər bir qadın kimi mənim də sevgiyə ehtiyacım var. Yaş keçdikcə bunun fərqinə varırsan. Çox istəyərəm ki, həyatımın ikinci baharı ömür boyu davam etsin. Amma qorxuram, insanlara inam, güvən itib.

Qapıdan addımımı içəri ataramsa, o obraz dəyişər. Artıq onu bir dəfə yaşamışam. Yəni daxilimdə o dərəcədə qorxu var. Bəlkə də onun üçün bəylərin yaxın gəlməsinə icazə vermirəm”.

Yəqin ki bilirsiniz, hazırda Nigar xanım artıq nə tənhadır, nə də darıxır.

Adalet.az xəbər verir ki, XTQ hərbçisi ilə nişanlanan əməkdar artist son günlər başına gələn gözəl hadisələri "Instagram" hesabında vaxtaşırı paylaşır . Hazırda Kürdəmirdə olan sənətçi video paylaşaraq bu sözləri qeyd edib:

"Torpağıma qurban olaram. Hər nəyim var özümündü, varımdı. Amma Bakıya qayıtmaq məcburiyyətindəyəm. Gözləyənim var. Kəndimiz çox gözəldir. Kürün qırağıdır. Bakıdan min dəfə gözəldir. İş-güc olmasa, gözləyənim olmasa Bakıya getmərəm heç"

Qeyd edək ki, müğənni N. Şabanova XTQ hərbiçisi ilə 2 aydan da çoxdur ki, nişanlıdır.

Əntiqə Rəşid


 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK