adalet.az header logo
  • Bakı 18°C
23 Iyun 2021 10:50
120924
ANALİZ
A- A+

Qisasçılıq erasının başlanğıcı: “Xankəndi mitinqi” və “prezident idarəçiliyi” iddiası

Ötən gün Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində - Xankəndi şəhərində ermənilər aksiya keçirdi.Məlumatı erməni mediası xəbər verdi. Rusiyanın humanitar yardımları ilə yarı zor, yarı xoş Qarabağda məskunlaşdırılmış ermənilər qondarmalığı çoxdan təsdiqlənmiş ”Artsax”ın elə qondarma da “prezidenti” olan Arayik Arutyunyanın istefasını tələb etdilər.

Mitinqdə yalnız qondarma “başçı” deyil, Nikol Paşinyan da hədəf seçilərək qınandı. Yəqin ki, Rusiya mediasının təbliğatının “çaşdırma” kampaniyası qarabağlı erməniləri bərk çaşdırıb. Beləki onlar  qərara gəliblər ki, hər iki “baş” erməni müharibə vaxtı yalan məlumat yaymaqla, üstəgəl yarıtmaz fəaliyyət göstərməklə Ermənistanı müharibədə uduzdurub, kapitulyasiyaya imza atdırıb.  Qarabağlı ermənilərin fikrincə günahkar məhz bi iki “başçı”dır. 
Amma anlamırlar ki. Azərbaycan öz ərazisini əbədi olaraq yadelliyə peşkəş edəsi deyildi və bir gün gücünü səfərbər edərək erməni işğalına son qoyacaqdır. Bu həqiqəti anlayan az sayda erməni var ki, onlarda hazırda Nikol Paşinyanın mövqeyini dəstəkləyirlər.  

 

“Xankəndi mitinqi”nin yaranma səbəbləri

 

 

 

Xankəndi mitinqinin yaranma səbəblərini bilmək üçün ilk öncə 20 iyunda Ermənistanda keçirilən növbədənkənar parlament seçkisinə diqqət etmək lazımdır. Hamınızın bildiyi kimi qərbin və Rusiyanın da diqqəti bu seçkilərə yönəlmişdi və Rusiyanın kütləvi informasiya vasitələrində Ermənistanın eks-prezidenti Köçəryanın siyasi blokunun xeyrinə kütləvi və aqressiv təbliğat müşahidə olunurdu. Amma səsvermənin nəticəsi Ermənistan ictimaiyyətinin fikirləri ilə üst-üstə düşdü – seçicilərin əksəriyyəti Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hakimiyyəti dəstəklədi. 
Seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi də dünya ictimaiyyətinin nəzərindən qaçmadı. Hətta MDB-nin müşahidə missiyasının rəhbəri İlhom Nematov :”Ermənistanda parlament seçkiləri qanunvericiliyə və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Müşahidəçilər nəticələrin şübhə altına ala biləcək heç bir ciddi pozuntu aşkar etməyib. Seçki komissiyaları seçkilərin yüksək səviyyədə keçməsini təmin edib-deyə bəyanat verdi. 
Bu o demək idi ki, Paşinyanın Mülki Müqavilə Partiyası 53,92 faiz səslə qalib gəlib. Onun əsas rəqibi, Rusiyanın dəstəklədiyi Robert Köçəryan isə 21,04 faiz səs toplayıb. Bir sözlə, Paşinyana əks qütbdən mane olan və sabiq baş naziri tənqid, bəzən də təhqir etməkdən çəkinməyən Sərkisyan, Köçəryan, Ter-Petrosyan birliyi məglubiyyətə uğradı.” Uduzmaq” qarşı tərəfi təbii ki, hiddətləndirməyə bilməzdi.
Qasrşı tərəf – “möhtəşəm üçlük” məğlub olaraq “seçki saxtakarlığı” iddiasını ortaya atmağa çalışsa da, seçkini seyr edən siyasi icmalçılar da bu seçimin erməni xalqının uğuru hesab etdi. Əli “seçki saxtakarlığı”  iddiasından da çıxan üçlük əlacı qarışıqlıq yaratmaqda  gördü. Bu isə Yerevanda mümkün deyildi.


Ermənistanda Rusiyanın Köçəryan  siması: Politoloqlar nə deyir? 

 

Rusiyalı politoloq Sergey Markov : - Nikol Paşinyanın məhz bu siyasətini seçicilərin 54%-i dəstəklədi. Müharibə partiyası tam məğlubiyyətə düçar oldu. Köçəryan Bloku 21%, onun müttəfiqi Serj Sərkisyan 5% səs topladı. Erməni cəmiyyəti Paşinyana hətta II Qarabağ savaşındakı ağır məğlubiyyəti belə bağışladı. Ona görə ki, erməni ictimaiyyəti artıq savaşmaq istəmir. O, Köçəryanın müharibə çağırışlarından qorxub. Erməni xalqı sülh proqramının reallaşmasını, kommunikasiyaların açıqlmasını, iqtisadi inkişafı istəyir. Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni üfüqlər açır və Azərbaycanla Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni ictimaiyyəti faktiki olaraq, Azərbaycanla 10 noyabr razılaşmasına səs verdi. O, Rusiya ilə dostluq şəraitində Azərbaycanla sülhə və müharibəyə qarşı səs verdi.


Rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov:- Ermənistan Kremlin hegomoniyasından daha bir addım uzaqlaşdı və bu ona özünəməxsus inkişaf perspektivi vəd edir. İnkişaf perspektivi isə yalnız Azərbaycanın Qarabağ və sərhədlə bağlı qanuni tələblərinə qarşılıq verəndən sonra mümkündür.Rus təbliğatı isə növbəti dəfə öz vecsizliyini, mənasızlığını və satqınlığını bir daha göstərdi.


Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov :-"Paşinyana etimad krediti verildi. İndi o, dinc və firavan ölkə yaratmalıdır. Demək ki, erməni milləti Azərbaycan və Türkiyə ilə sülh şəraitində olacaq bir ölkədə yaşamaq istəyir. Bütün sərhədlərin açılmasına nail olacaq bir ölkədə. Bütün dünyada normal hesab ediləcək bir ölkədə. Dünən Ermənistanda keçirilən seçki bütün regiona və Ermənistanın özünə sabahkı gün üçün şans verdi. Bu seçkilərin nəticələri Ermənistanı dövlət kimi qoruyub saxlaya bilər. Bundan başqa, bu, Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməyə imkan verəcək. Erməni xalqı başa düşür ki, onların ölkəsi “revanşizm” ideyasını və millətçilik cəhdlərini unutmalıdır:


“Xankəndi mitinqi” qisası və ola biləcək qisaslar


Seçkiyə məhz Yerevanda etiraz etməyə gücü, potensialı çatmayan əsas rəqib Köçəryan seçkilərlə bağlı MDB, KTMT, ATƏT PA da daxil olmaqla, bütün beynəlxalq müşahidəçilər müsbət rəyindən sonra etirazını havadarı Rusiyanın “qanun” olduğu məkanda etməyi uyğun bildi. Maraqlıddır ki, Paşinyanı qələbə münasibətilə ilk təbrik edən Arayik Arutunyan da qisas mitinqində öz “payı”nı aldı. Seçkidən həmən sonra Xankəndidə belə bir mitinqin təşkili yeni hökumətə qarşı hücumların başlanğıc nöqtəsi kimi də hesab oluna bilər.
Erməni siyasi şərhçi Tevos Arşakyanın “bu "köhnə qvardiya" (Sərkisyan, Köçəryan, Ter-Petrosyan) belə asanlıqla təslim olmayacaq. Paşinyanı çətin günlər gözləyir” açıqlaması yaxın gələcəkdə yeni iğtişaş və qarışıqlığın gözlənilən olmasından xəbər verir. 
Hətta tarixçi, hərbi ekspert Oleq Kuznetsov sonuncu açıqlaması ilə erməni siyasi şərhçi Tevos Arşakyanın səsləndirdiyi fikirləri bir növü təsdiqləmiş oldu: İndi bir çox xarici politoloqu düşündürən bir sual qalır: Köçəryanın 2018-ci ilin yazında eks-prezident Sərkisyana qarşı baş tutan hiyləgər “Paşinyan planı”na oxşar bir planı varmı? Yəni Robert insanları səsvermənin nəticələrinin saxtalaşdırılmasına inandırıb, seçkinin qeyri-legitimliyi bəhanəsilə hakimiyyəti devirmək üçün küçələrə çıxara bilərmi?
Hesab etmirəm ki, bu, baş verə bilər və bunun da yeganə səbəbi var: Köçəryan Ermənistanda bütün sosial-siyasi potensialını səfərbər edib bu növbədənkənar parlament seçkilərində iştrak etdi. Bu güc onun maksimumu idi. Amma Köçəryanın bir gizli silahı da var: o, hərbi çevrilişə hazırlaşa bilər”.


Köçəryanın radikal düşüncələrini və əvvəlki hakimiyyəti zamanı yeritdiyi siyasəti nəzərə alsaq, əlbətdə ki, qonşu dövləti sakit həyat tərzi gözləmədiyinin qənaətinə gəlirik. Hesab edirik ki, Rusiya Qafqazda, xüsusən Ermənistanda nüfuzunu Köçəriyanın vasitəsilə möhkəmlətmək üçün plan qurmuşdu və plan iflasa uğradı. Siyasətində hər zaman çığallıq və radikallıq nümayiş etdirən Rusiya Ermənistanda özünün seçdiyi siyasi fiqur Köçəriyanın əli ilə “peşman ” edəcəyinə əminik.
20 iyun da bitən seçkinin nəticələrindən qaynaqlanan növbəti proseslərin gedişatın, inkişafını izləməyə dəyər!Paşinyanı qarşıda daha böyük “qisas”lar gözlədiyini seyr etməyə hazır olmalıyıq! 

 Bu gün Ermənistan Prezidenti Armen Sərkisyan maraqlı bir aşıqlama verib:“Əminəm ki, bizim ilk növbədə İT sahəsində böyük inkişaf potensialımız var, lakin bundan öncə biz gərək konstitusiyanı dəyişək, prezident idarəçiliyinə qayıdaq. Hazırkı konstitusiya ilə Ermənistan nə prezident, nə də parlamentli respublikadır. Belə çıxır ki, insanların böyük hakimiyyəti var, amma məsuliyyəti yoxdur”
 Aha, deyəsən, həqiqətəndə . Paşinyanı qarşıda daha böyük “qisas”lar gözlədiyini seyr etməyə hazır olmalıyıq! 


 Əntiqə Rəşid

Digər Xəbərlər