SON DƏQİQƏ:

Telman Ağdamski: “Çox təəssüf ki, onun son günlərini görüb, vəsiyyətlərini eşidə bilmədik...”

  71013   |  
Şriftin ölçüsü  

Əhməd Ağdamski - Qadın rollarının kişi ifaçısı...

 

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona rə ki, yüzlərlə sübut var. Hamısı da z qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma lin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini nexatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır? Ömrünü millətinin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə isə demək mətbuat olaraq boynumuzun borcudur.

Azərbaycan opera sənətinin banilərindən biri, "Leyli və Məcnun" operasında Əbdürrəhim bəy Fərəcovdan sonra uzun illər Leyli obrazını yaradan Əhməd bəy Ağdamskinin oğlu, kimya elmləri doktoru, professor Telman Ağdamski ilə bu mövzuda söhbətimiz çox maraqlı alınıb. Telman müəllim bəllidir ki, uzun illər bu barədə dəfələrlə danışdığı üçün, heç sual veməyimizi gözləmədi öz söhbətə başladı... Buyurub oxuya bilərsiz.

 

Qadın rollarının kişi ifaçısı...

 

... Atam Əhməd Ağdamski, əsl soyadı Bədəlbəyli olub, -1894-cü ildə Ağdamda anadan olub. Ümumiyyətlə, Bədəlbəylilər Qarabağda çox məşhur nəsil sayılıblar. Atamın babası Kərbəlayi Ələkbər Əliverdizadə Xan qızı Hatəvanın yanında işləyib və dövrünün tanınmış ziyalılarından olub. Onun qızları Əzizə xanımın və Şirin xanımın övladlarının sonradan Azərbaycan xalqının maariflənməsində böyük xidmətləri olub. Şirin xanımın övladları Üzeyir bəyin, Ceyhun bəyin və onların digər qardaşlarının gördüyü işlər hamımıza bəllidir. Əzizə xanımın övladları isə Bədəl bəy, Mahmud bəy və Əhməd Ağdamski olub. Yəni mənim atam dahi Üzeyir  bəyin doğma xalası oğludur. Bədəl bəyin maarif sahəsində böyük xidmətləri olub. Həmin dövrdə gənclərin böyük həvəslə oxuduqları yer Gürcüstandakı Qori Müəllimlər Seminariyası idi. Bədəl bəy də həmin məktəbdə təhsil alıb və 1895-ci ildə oranı bitirdikdən sonra Ağdama qayıdıb. Ağdama qayıdandan sonra əvvəlcə elə oradaca məktəb açıb. Bir müddət burda işləyəndən sonra isə Bakı şəhərinə köçən Bədəl bəy burda da yeni məktəb açıb və ömrünün sonunadək həmin məktəbin direktoru olub. Həmin məktəbdə Hüseyn Cavid və Süleyman Sani Axundov kimi dühalar dərs deyiblər. Azərbaycanın tanınmış simalarından Cəfər Cabbarlı, Əfrasiyab Bədəlbəyli kimi böyük şəxsiyyətlər bu məktəbdə təhsil alıblar.

Əhməd bəy atasını çox erkən itirib. Bədəl bəy Bakıya köçüb məktəb açandan sonra atamı da yanına gətirib. İbtidai təhsilini qardaşının məktəbində alan atam təhsilini Bakı Realni Gimnaziyasında davam etdirib və buranı da bitirəndən sonra bir müddət Mərdəkanda müəllim kimi fəaliyyət göstərib.

- Telman müəllim, istərdik ki, Əhməd bəy Ağdamskinin operaya necə gəlməsi barədə danışasınız.

 

- Yəqin bilirsiniz ki, "Leyli və Məcnun" operasının ilk tamaşasında "Leyli" rolunu Əbdürrəhim bəy Fərəcov oynayıb. Lakin sonradan Əbdürrəhim bəy müəyyən səbəblərə görə Leyli rolunda oynamaqdan imtina edib. Üzeyir  bəy atamın gözəl səsi olduğunu bilirdi. Ona görə də atama Leyli rolunu oynamağı təklif edib. Atam da böyük məmnuniyyətlə bu təklifi qəbul edir və operanın ikinci tamaşasında Leyli rolunda səhnəyə çıxıb. Üzeyir  bəy də atamın bu işin öhdəsindən müvəffəqiyyətlə gəldiyini görəndən sonra təkid edir ki, atam bundan sonra qadın obrazları yaratsın. "Leyli və Məcnun" operasından sonra atam "Əsli və Kərəm"də Əsli, "Ər və arvad" operettasında Minnət xanım, "O olmasın, bu olsun"da Gülnaz xanım, "Arşın mal alan"da Gülçöhrə, "Aşıq Qərib"də Şahsənəm rolunu oynayır. Bunlardan başqa, atam Üzeyir  bəyin bir neçə operasında da çıxış edib.

- Əhməd bəy kişi rolları da oynayıbmı?

 

- O dövrdə sənətkarlara böyük hörmət göstərirdilər və vaxtaşırı onların benefisləri, ad günləri keçirilirmiş. Atam da öz ad günlərində iki dəfə -1916 və 1919-cu illərdə səhnəyə kişi rolunda çıxıb: birinci dəfə "Arşın mal alan"dakı Əsgər bəy, ikinci dəfə isə "Əsli və Kərəm" operasında Kərəm rolunda.

 

Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra atamı sıxışdırmağa başlayırlar…

 

- Atanızın səhnədən tez getməsinə səbəb nə olub?

 

- Atamın Bakı Şəhər Sovetində Yermakov familiyalı tanışı işləyirmiş. Onun da iki qızı varmış. Atam onların evinə gedib-gələn adam olduğu üçün bilir ki, onun qızlarının səsi var. Sonra onun böyük qızı Mariyanı Üzeyir  bəyin yanına gətiribr. Və onlar Mariyanı "Arşın mal alan" operettasında Gülçöhrə roluna hazırlayıblar. Həmçinin atam Mariyaya azərbaycan dilini də öyrədib. Artıq 1920-21-ci illərdə Mariya səhnəyə qoyulan bir çox opera və operettalarda oynayıb. Mariya Yermakova sonradan adını dəyişdirib olur Məfkurə xanım Yermakova. Sonralar Məfkurə xanım Azərbaycanın xalq artisti adına da layiq görülüb. Məfkurə xanım həmişə öz xatirələrində deyirdi ki, məni sənətə Əhməd bəy Ağdamski gətirib. Məfkurə xanımın səhnəyə çıxmasından az sonra atam bir daha səhnəyə çıxmır, çünki artıq operalarda qadın obrazlarını yaradan aktrisa tapılmışdı və atamın qadın obrazlarını yaratmasına ehtiyac qalmırdı.

Daha sonra atam Ağdama qayıdıb. Onun hansı səbəblərdən Bakıdan uzaqlaşması barədə dəqiq məlumatım olmasa da, onu bilirəm ki, Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra atamı sıxışdırmağa başlayırlar. Ağdama qayıdandan sonra əvvəlcə atam orada dram teatrı yaradıb. Sonra isə taleyini Ağdaşla bağlayıb. Ağdaş rayonunda atam Üzeyir  bəyin köməkliyi ilə musiqi məktəbi açıb və ömrünün axırınadək bu məktəbə rəhbərlik edib.

 

Habil Əliyevin uşaqlıqda zəif olduğu üçün tarı saxlamağa gücü çatmırmış, ona görə də sonradan atam onu kamança sinfinə keçirib…

 

 

- Eşitdiyimə görə, dünya şöhrətli kamança ifaçısı, böyük sənətkarımız rəhmətlik Habil Əliyevi sənətə atanız gətirib...

 

- Ağdaşa köçəndə ailəmiz əvvəlcə Habil Əliyevin atası Mustafa kişinin evində məskunlaşıb. Habil Əliyevi də, mənim eşitdiyimə görə, atam musiqiyə həvəsləndirib. Atam onu əvvəlcə tar sinfinə qoyub, lakin Habil Əliyevin uşaqlıqda zəif olduğu üçün tarı saxlamağa gücü çatmırmış, ona görə də sonradan atam onu kamança sinfinə keçirib. Bizim evə Azərbaycanın böyük sənətkarları tez-tez qonaq gəlirdilər. Misal üçün, mən korifey sənətkarlarımızdan Seyid Şuşinskinin, Yavər xanım Kələntərlinin, Əfrasiyab Bədəlbəylinin adlarını çəkə bilərəm və həmin bu mühit Habil Əliyevin sənətkar kimi yetişməsində böyük rol oynayıb.

 

Çox təəssüf ki, onun son günlərini görüb, vəsiyyətlərini eşidə bilmədik…

 

 

- Əhməd bəyin Azərbaycan musiqisinin inkişafındakı xidmətləri bizə məlumdur. Atanız bir valideyn, ailə aşçısı kimi necə idi?

 

- Atam bir valideyn kimi həssas, qayğıkeş ailə başçısı olub. Uşaq yaşlarımızda musiqi təhsili almağımıza qarşı çıxmadı. Lakin böyüyəndən sonra bizim müxtəlif ixtisaslar üzrə təhsil almağımızı istədi. Atam həkimlik sənətinə böyük hörmət göstərirdi. Dayısı Bahadur bəy də Xarkovda tibb təhsil alıb və Ağdamda tanınmış həkim idi. Ona görə də  böyük bacım Cəmilənin həkim olmasını istədi. Bacım uzun müddət Ağdaş Xəstəxanasında həkim işlədi, dünyasını dəyişəndən sonar öz vəsiyyətinə görə atasının yanında dəfn olundu. Kiçik bacım Kamilə isə Azərbaycanın ilk maarifçilərindən olan böyük əmim Bədəl bəy kimi müəllimlik sənətini seçdi. O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirəndən sonra  sonuna qədər Sumqayıtda qabaqcıl ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdi. Rəhmətlik böyük qardaşım Məmməd atamın o biri dayısı Ağalar bəy Əliverdibəyov kimi mühəndis oldu. Uzun illər Balaxanı Neft və Qazçıxarma İdarəsində baş geoloq vəzifəsində çalışdı. Respublikanın əməkdar geoloqu oldu. Evin ən kiçiyi mən olmuşam. Mən də kimyaçı oldum.  Atam xeyirxah əməlləri, işləri, xoş rəftarı, sadəliyi, mədəni davranışı, dostluğa sadiqliyi ilə fərqlənirdi və bu keyfiyyətləri özündə cəmləşdirmişdi. Bir sözlə, böyük fəzilət sahibi idi. Evdə biz dörd nəfər idik, hamımız atamızla səmimi və mehriban idik. Ailədə hamı ilə çox mədəni davranırdı, bununla belə, olduqca ciddi və tələbkar idi. Bizim təhsilimizlə daim maraqlanır, nəzarət edir, nöqsanlarımıza qarşı mübariz olurdu.

 

- Bir qədər Əhməd bəyin son illərindən danışardınız. Eşitdiyimə görə, astmadan  əziyyət çəkirmiş...

 

- Bəli, atam astma xəstəliyindən əziyyət çəkirdi. Ona görə də həkimlər ona həmişə soyuqdan özünü qorumağı tapşırmışdılar. Ağdaşın da iqlimi ona düşürdü. 1954-cü ildə  mən birinci kursda oxuyurdum, qış imtahan sessiyasını başa vurub, qardaşım Məmmədlə Ağdaşa qayıtdıq. Həmin ərəfədə atamın 70 illik yubileyini qeyd etdik.  Heç inanmazdıq ki, atam rəhmətə gedə bilər.  Tətil başa çatandan sonra isə  Bakıya qayıtdıq.  1954-cü il aprel ayının 1-də xəbər aldıq ki, atamız vəfat edib. Çox təəssüf ki, onun son günlərini görüb, vəsiyyətlərini eşidə bilmədik.

 

İltifat HACIXAHOĞLU

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK