Tramp raketlərlə Rusiyaya zərbə endirməyə icazə verə bilər

ABŞ Prezidenti Donald Tramp ATACMS raketləri ilə Rusiyanın içərilərinə zərbələr endirmək üçün Ukraynaya icazə verə bilər.
Adalet.az xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ dövlət başçısının Kiyevin ehtiyaclarını qarşılamaq üçün əlavə ATACMS raketlərinin tədarükü barədə göstəriş verməsi də gözlənilir. Mənbələrdən birinin sözlərinə əsasən, Pentaqon artıq bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən istifadə etməklə Rusiyaya genişmiqyaslı zərbələr endirmək icazəsi verilməsinin vacibliyini vurğulayır.
Qeyd edək ki, iyulun 14-də Donald Tramp Avropa ölkələrinin bu tədarükləri maliyyələşdirəcəyi təqdirdə, Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirib. O, tədarükün koordinasiyasının NATO tərəfindən həyata keçiriləcəyini bəyan edib.
ABŞ Prezidenti, həmçinin Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal rüsumlarının tətbiqinin planlaşdırıldığını deyib. Müvafiq qərar 50 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə qüvvəyə minə bilər.
Digər Xəbərlər

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Ukraynada çoxsaylı vətəndaşlığa icazə verilib

Ermənistan Fransaya hərbi attaşe təyin edib

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Danimarka, Niderland və İsveç Ukraynaya silah yardımına qoşulacaq

Türkiyənin hava məkanında rekord tranzit uçuş qeydə alındı

15 iyul Türkiyə üçün lakmus sınağı rolunu oynadı - Ərdoğan
