Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

İyulun 12-də və 13-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
Digər Xəbərlər

Sumqayıtda 36 yaşlı qadın bıçaqlanıb

Hamilə qadının ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Bakıda iki evdən 11 min manat oğurlandı
