adalet.az header logo
  • Bakı -°C
15 Iyul 2025 08:52
345
DÜNYA
A- A+

"Azərbaycan-Ermənistan münaqişəsi tezliklə uğurla başa çatacaq" - Tramp

"Azərbaycanla Ermənistan arasında münaqişə tezliklə uğurla həll olunacaq". 

Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

"Və biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu münaqişə başa çatmaq üzrədir. Uğurla başa çatmaq üzrədir", - deyə Ağ Ev lideri bildirib. 

Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqton Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyir.