Ukraynada çoxsaylı vətəndaşlığa icazə verilib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə çoxsaylı vətəndaşlıq institutunun tətbiqi haqqında qanunu imzalayıb.
Bu barədə Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir.
Bildirilib ki, müəyyən şərtlər daxilində ukraynalılar eyni zamanda iki və ya daha çox ölkənin vətəndaşlığına sahib ola biləcəklər.
Bundan əlavə, digər ölkələrin vətəndaşları olan Ukrayna mənşəli şəxslər üçün sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ təmin edilir.
Yeni qanun Ukraynada hərbi xidmət keçən əcnəbilər üçün vətəndaşlıq əldə etmək prosedurunu sadələşdirir, həmçinin öz ölkələrində siyasi səbəblərdən təqib olunan şəxslərə Ukrayna vətəndaşlığı hüququ verilməsini nəzərdə tutur.
Digər Xəbərlər

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Ermənistan Fransaya hərbi attaşe təyin edib

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Danimarka, Niderland və İsveç Ukraynaya silah yardımına qoşulacaq

Türkiyənin hava məkanında rekord tranzit uçuş qeydə alındı

15 iyul Türkiyə üçün lakmus sınağı rolunu oynadı - Ərdoğan

TBMM sədri: Türkiyənin yeni Konstitusiyaya ehtiyacı var
