adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 May 2021 11:39
62085
MARAQLI
A- A+

Deyirlər...

Şayiələrə həmişə olub, var və olacaq da. Kimisi inanır, kimisi isə inanmır. 

Bob Marleyin ölüm səbəbi ayaq barmağında yaranan melanoma yəni xal xərçəngidir. Melanomanın yaranmasına səbəb isə futbol oyunu zamanı ehtiyatsız atılan zərbə olubAncaq.. Deyirlər, Mərkəzi Kəşfiyyat İdarəsi musiqiçini “aradan qaldırmaq” üçün ona daxilində zəhərlənmiş bir sim olan ayaqqabı hədiyyə etmişdi.

 

Deyirlər, Joanne Rowling yazıçı deyil, aktrisadır. “Harry Potter” əsərini istedadlı bir qrup yazıçı yazıb. Publika qarşısında isə xüsusi təyin edilmiş aktrisa çıxış edir. Boşanmış və böyük uğur əldə etmiş qadın yazıçı hekayəsi isə insanları ilhamlandırmaq üçün yazılıb.

Deyirlər, Jim Morrison ölməyib. O, adını Mr. Mojo Risin adına dəyişmiş və Seychelles adasına köçüb, çünki rok-ikonanın ölümü müəmma olaraq qalmıb. Onun cəsədini rəfiqəsi Pameladan başqa heç kəs görməyib.

Beyonce`un özündən 5 yaş kiçik Solange adında bacısı var. Deyirlər, əslində Beyonce onun bacısı deyil, anasıdır.

Uzaq keçmişdə pop musiqisinin kralı Michael Jackson yüksək dərəcəli yanıq xəsarəti alan Dave adında oğlana yardım göstərmişdir. Həmin zamandan onlar dost olmuşlar. Qəribədir ki, Dave canlı əfsanənin yas mərasiminə pop-kralın şəxsi avtomobilində gəlmişdi. Daha sonra Larry Kingin şousunda iştirak edən Dave`in göz rənginin yaşıldan qəhvəyiyə dəyişilmişdi, bədən dili və səsi isəMichael Jacksonu xatırladırdı. Deyirlər, Michael Jackson sağdır. O sadəcə rahat həyatı seçərək, Dave roluna girib.

 

Eminquey