SON DƏQİQƏ:

“Saxta mafiyadan” saxta təfərrüatlar

  46662   |  
Şriftin ölçüsü  

Boş vaxt tapanda kitab dükanlarına göz gəzdirib istədiyim kitabları alıb oxumağa çalışıram. Şakərimə uyğun olaraq bu dəfə “Koroğlu” metrosu yaxınlığında yerləşən kitab dükanında idim. Təzə çıxmış kitablara baxırdım. İki gənc xanım satıcıdan kitiab soruşurdu. Xanım satıcının səsi diqqətimi cəlb etdi. “Hə, təzə gəlib. Turk yazıçısıdır. Abdulkadır Özkan “.

Kitabı əlində tutmuşdu. “Oxumuşam, çox yaxşı kitabdır. Oxumaq məsləhətdir”–dedi.

Kitaba bu qədər həvəs olduğuna görə çox sevindim. Əvvəlki kitab oxuma ənənəsi qayıdır deyəsən? –fikirləşdim.

Qızlar sakitcə hərəsi bir kitab götürüb çıxdılar. Mən də yaxınlaşıb kitabı əlimə alıb, xeyli vərəqlədim Abdulkadır Özkanın “Saxta Mafiya” kitabı. “Qanun” nəşrlər evində dərc olunmuşdu. Yazıçımız Aslan Quliyev Azərbaycan türkcəsinə uyğunlaşdırmışdır.

Müəllif yaxın dostumuz idi. Gənc olsa da imzası Azərbaycan ədəbii mühitində çoxdan tanınır. Bir neçə Azərbaycan yazıçısının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdırmışdır. “Nə əcəb mənim xəbərim olmayıb”? – fikirləşdim.

Kitabı həmin gün oxudum və öz təəssüratlarımı oxucularla tanış etmək istəyirəm.

Əsərin müəllifi çox istedadlı bir gəncdir. Roman həyata yenicə atılmış gənclərin həyatından bəhs edir. Onların düşüncəsini, həyata baxışını çox ustalıqla qələmə alıb. Maddi sıxıntı keçirən İnstitut tələbələri olan gənclər çətinliklərdən qurtulmaq üçün müəyyən yollar axtarırlar.

Çox qəribədir. Hələ hansı yolda olduqları, getdikləri bu yol onları haraya qədər aparacığı onlar üçün hələ maraqlı deyil.

Düşüncələri safdır, amma getdikləri yolun ağırlığını başları çəkəndən sonra dərk edirlər. Amma onda gec olur.

Əsərin əsas qəhrəmanı Mete adlı bir gəncdir. Bir necə qurp gəncləri ətrafında birləşdirə bilib. Həmin qurpların harda və necə istifafə olunacağından məharətlə istifadə edir.

Bir zaman özlərini mafiyanın içində görürlər.

İlk səfərləri maşın alveri adı ilə Kəhrəmanmaraşdan Batumiyədir. Xeyli sərgüzəştləri olur. Mete Batumidə Vahid adında azərbaycanlı ilə tanış olur. Söhbətləri yaxşı alınır. Bir-birini yaxından tanıdıqdan sonra Vahid Meteni Bakıya dəvət edir.

Mete Türkiyəyə qayıtdıqdan sonra Bakıya getməyi planlaşdırır. Hələ təyəarədə ikən Mete necə qəbul olunacağını düşünsə də, Bakı Hava Limanında Vahid tərəfindən çox mehribanlıqla qarşılanır. İlk olaraq şəhərlə tanış edir. Mete üçün maraqlı olan yerlərə aparır.

Sumqayıtda Vahidin ailəsi Meteni doğma adamı kim qarşılıayır, bu Meteni məmun edir. Qonağın şərəfinə yarpaq dolması hazırlanır. Bu xusisi qeyd olunur. Mete qonaqpərvərlikdən çox məmun qalır.

Vahidin atası dünya görmüş ağsaqal Mete çıxan ərəfədə, tam açıq deməsə də, üstörtülü olar düzgün yola qayıtmasını məsləhət bilir.

Bakıdan Kahramanmaraşa qayıtdıqdn sonra Mete görüləcək işlərinin əhatə dairəsini genişləndirə biliblər.

Bir neçə əyləncəli səhnələr, ünsiyyət qurduqları adamlarla münasibətləri bədii cəhətcə çox ustalıqla verilib. Bəzən, gənclər arasında münasibətlər korlanıb münaqişəyə cevrilir. Aralarında dava-dalaşa səbəb olur. Sözün ötkəmliyi yumruğun ötkəmliyindən keçir.

Əsərdə maraqlı səhnələr çoxdur. Oxucular oxuyub özləri nəticə çıxarsalar daha yaxşıdır.

Mafiyanın adı olsa da özü yoxdu. Əsər reallıqla qeyri rallıq arasında cəriyan edir. Mətin tam bitkindir. Lakonik və yığıcam bir əsərdir. Qarşıya qoyulan məsələlər öz bədii, estetik həllini tapa bilmişdir.

Müəllifdən yeni romanını gözləmk ümidi ilə uğurlar diləyirəm.

 

Qalib Şəfahət

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK