adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Aprel 2021 18:06
26578
HADİSƏ
A- A+

Gədəbəydə ikimərtəbəli evdə yanğın olub

Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.