SON DƏQİQƏ:

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır

  14406   |  
Şriftin ölçüsü  

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bu ilin may ayından etibarən respublika ərazisində 22 yeni seysmik stansiyanın quraşdırılmasına başlanılacaqdır.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində quraşdırılacaq stansiyalar qrant layihəsi hesabına alınıb.

Artıq yeni stansiyaların quraşdırılması ilə bağlı müvafiq yerlərin seçilməsi prosesi başa çatmışdır. Stansiyaların yerləri AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları tərəfindən seçilmişdir. Yeni stansiyaların bir hissəsi Abşeron ərazisində Bozdağ - Qobu və Lökbatan palçıq vulkanlarının ətrafında quraşdırılacaq ki, bu da həmin vulkanlarda gedən prosesləri,vulkanların aktivliyini və dinamikasını izləməyə imkan verəcəkdir. Palçıq vulkanları ətrafında quraşdırılan bu sistem unikal bir sistem olacaq və demək olar ki, MDB məkanı da daxil olmaqla, dünya ölkələrinin əksəriyyətində ümumiyyətlə yoxdur. Qalan stansiyalar isə respublikanın ayrı-ayrı bölgələrində quraşdırılacaqdır.

Qeyd edək ki, hazırda respublika ərazisində RSXM-nin 62 seysmik stansiyası fəaliyyət göstərir. Yeni stansiyaların quraşdırılmasından sonra seysmik stansiyaların sayı 84-ə çatacaq ki, bu da ölkə ərazisində aparılan seysmik monitorinq, seysmo - tomoqrafiya işləri, Yerin təkində gedən proseslərin öyrənilməsi və bu sahədə elmi tədqiqatların keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK