SON DƏQİQƏ:

“Qırmızı” - Firidun Ağazadə yazır

  27093   |  
Şriftin ölçüsü  

Əqrəb bürcü altında doğulanlar oxumasın, niyəsi mətnin axırıncı abzasında

 

Nə deyirsiniz, deyin, mən qırmızı rəngdən qorxuram.

Məktəbdə qırmızı “beş”lər alanda elə sevinirdim ki. İllah da ki, o “beş”lər gözəl, kalliqrafik bir xətlə, bir az da böyük yazılanda, hansımız qırmız “beş”lə öyünməmişik? Amma sonralar gördüm ki, qırmızı təkcə “beş”lərin rəngi deyilmiş, qırmızı ilə təkcə “beş” yazılmırmış...

Sözlər məndə həmişə müəyyən rəng assosiasiyası, rəng duyğusu yaradır...

Bəs niyə qorxuram “qırmızı”dan?

“Qırmız”ı rəngdə bir təftiş, bir yoxlama ruhu var. Məncə, hədə-qorxu çaları var bu rəngdə. Fərmanlar, fitvalar, cəzalar bu rənglə yazılır, sanıram. Əmr və hökmlər qırmızı rəngin dili ilə danışır. Katibələrin əlində imzalanmağa gedən qırmız qovluqlar yadıma düşür. Qırmızı imzalar qorxulu qərarlar qəbul edir. Azərbaycan rəssamı Nəcəfqulunun “37-ci il” rəsmində balta şəkilli “7” rəqəmindən qıpqırmızı qan damır. Qırmızı qan rəngidir. Bəlkə ona görə xoşum gəlmir bu rəngdən – 37-ci ildə “qırmızılar” baş kəsiblər Azərbaycanda? Bir də nədənsə 37-ci ilin məmurları hökmən qırmızı qələmli və hökmən eynəkli gəlir təsəvvürümə. Dəftərxana işçilərinə işgüzar görkəm verən bu qırmızı qələm və eynək (hökmən!) “qırmızı” xasiyyətin atributlarıdır. Qırmızılıq, qırmız xislət bunların zatındadır. Bu “qırmızı”nın haman təftiş mahiyyətidir. İdarələrdə qırmızı qələmlə (oxu: təftişlə) imza qoymaqdan ləzzət alan inzibatçı məmurlar! Əgər həmin gün işə gecikən olmasa onlar neylər görən? Hara “qırmızı quş” qoyarlar? Axı, onlar da bir iş görməlidir, ya yox? Yoxsa ta bu nə təftiş oldu (nə qırmızılıq oldu?).. Qırmızı qələmli məmurlarda hökmən nəzarət etmək, yoxlamaq iddiası formalaşır. Və xüsusən, yaradıcı adamlarla belələrinki heç tutmur. Unutmayaq, bizim bir adımız da “qırmızılar” olub – “krasnıye”.

Amma qırmızı yumurtaya aldandığımız vaxtlar da olub...

“Qırmızı”nın bir yozumu da budur: “Dəli qırmızını sevər.” Bilmirəm, hansı məqamda, hansı şəraitdə yaranıb bu məsəl, hər halda “Ağıllı qırmızını sevər” deməyiblər.

Qırmızı işığı keçmək olmur – cərimə edərlər. Qırmızı vərəqə futbolçunu oyundan çıxarmaqla onun komandasını məğlubiyyətə düçar edə bilər...

“Qırmızı” və ”qırmızılıq” fikrimi İspaniyaya aparır. Qırmızı parçada nə illət varsa, ispan toreadorları onu öküzlərə göstərən kimi qızmış heyvanlar dəli olur, gözünü qan örtür, cumub özünü xəncərə saplayır.

“Qırmızı” adamlar da var, “qırmızı-qırmızı” danışanlar da. Bunlardan da həmişə həzər etmişik.

Şahlar qırmızı geyib taxta çıxarmışlar – edam hökmü verəndə. Bəs, qırmızı dərkənarlar, qırmızı “olar-olmaz”lar?..

Hələ başdan-ayağa qırmızı geyən saray cəlladları...

Və hamısında mənfi emosiya doğuran bu “qırmızılıq” mahiyyətcə heç kimə xoş gəlmir. Çünki “qırmızı”dan qan-qada əksik deyil.

Amma sevən qızlar qırmızı don geyirsə, onda necə?..

Qədim Şərq ulduz falına görə, Əqrəb (ƏQRƏB HA!) bürcünün altında doğulan adamlar qırmızı rəngi sevərlər. Onlara təcavüzkarlıq, məkrlilik, narsizm, xofluluq kimi mənfi keyfiyyətlər xasdır. Onlar sələmçi, hakim, xəfiyyə olur (Jurnalist olmurlar). Onları Mars planeti himayə edir. Bu planetin simvolu qırmızı rəngdir, Mars - yunan mifologiyasında müharibə allahı, davakar və hərbgu. Mars psixotiplərinin xüsusən Dolça bürcü altında doğulanlarla ittifaqı mümkün deyil. Bəlkə “qırmız”ı rəngə qarşı mənim antipatiyam bununla bağlıdır – mən Dolça bürcü altında doğulmuşam, ona görə?

Qərəz, “qırmızı”dan və ”qırmızılıq”dan özünüzü gözləyin!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK