adalet.az header logo
  • Bakı -°C
17 Oktyabr 2026 18:18
79
DÜNYA
A- A+

Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi

Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd ANKA-3 PUA-sını sifariş verib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, ANKA-3 qanadlı raketləri daşımaq və "hava-hava" döyüşlərində iştirak etmə qabiliyyətinə malik, görünməz (stels) PUA-ların yaradılması istiqamətindəki təşəbbüsün mərkəzi elementi olacaq.

TUSAŞ rəsmilərinin sözlərinə görə, daha böyük gövdəyə və artırılmış faydalı yük tutumuna malik olan ANKA-3, noyabr ayında istifadəyə verilməsi planlaşdırılan yeni bir montaj xəttində istehsal olunacaq.

İlkin istehsal partiyasında 1,3 ton təşkil edən PUA-nın faydalı yük tutumunun, yeni istehsal partiyası ilə birlikdə 1,75 tona yüksələcəyi gözlənilir./Axar.az