Benzinin qiyməti düşəcək - Tramp
Müharibə çox tezliklə bitəcək, bundan sonra benzinin qiyməti düşəcək və əvvəlkindən daha aşağı olacaq.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kentukkidə Respublikaçılar Partiyasının tərəfdarları üçün keçirilən mitinqdə bildirib.
Qeyd edək ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) verdiyi məlumata görə, 17 oktyabrda benzinin bir qallonu 4,30 dollar olub. Müharibədən əvvəl bu qiymət 3 dollar idi.
Dizel yanacağının qiyməti bir qallon üçün təxminən 6,52 dollardır ki, bu da bir il öncəki qiymətdən təxminən 2,41 dollar çoxdur.


Bakı -°C

