adalet.az header logo
  • Bakı 7°C
02 Aprel 2021 09:25
63080
GÜNDƏM
A- A+

Ermənilərin törətdiyi qırğınlar igilis və rus generallarının gözü ilə: “Erməni xisləti...”

Tariximizin hansı qatını, hansı səhifəsini araşırırsan araşdır faciələrimizin: deportasiyalarımızın, torpaqlarımızın işğallarının, soyqırım və qırğınların mütləq Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsindən- Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra başladığını anlayırsan. Çar Rusiyasının Qafqaza, xüsusən Azərbaycana qarşı hər zaman birmənalı oldu və “parçala, hökm et” prinsiplərini həyata keçirrərək 200 ildən artıqdır ki bu xalqın tarixində qanlı izlər buraxmaqdadır. 

 

Çar Rusiyasının Qafqaza sahib çıxmaq istəyi elə orada Ermənistan dövləti yaratmaq ideyasını labüdləşdirirdi və siyasi missiyasına çevrildi. Adıgedən müqavilələr imzalandıqdan sonra Rusiya tərəfindən ermənilərin Qafqaza- Azərbaycan ərazisinə yerləşdirilməsi- tarixdə “ermənilərin köçü” kimi qaldı. Təəssüf ki, 200 il davam edən bu siyasi iyrənclik 1918-ci ildə Ermənistan dövlətinin yaranmasına səbəb oldu.

 

Soyqırımı: Azərbaycanlıların qətlə yetirilməsi rusların gözü ilə

Hələ 1828-ci il də "Türkmənçay” müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində mühüm rol oynamış polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomatı, ermənilərin havadarı olmuş , bu xalqın dövlət və millət kimi yetişməsində kifayət qədər rola malik Aleksandr Sergeyeviç Qriboyedovun missiyası və fəaliyyətini nəzərdən keçirsək onun ermənilərə etdiyi tarixi-siyasi yaxşılıqların sayı hesaba gəlməz. Amma onun çara göndərdiyi məktubunda ermənilərin xislətini açması, onların xasiyyətlərindəki eybəcərliyi ortaya qoyması da günümüz üçün də çox maraqlı faktdır: "Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Onlar elə tayfadandırlar ki, bir neçə il yaşayandan sonra bütün dünyaya bu torpaqların ata və babalarına aid olduğunu qışqıracaqlar”. Bəli, ruslar onların Qafqaza sahib olması üçün ən murdar və vəhşi tayfanı axtarıb tapmış və 200 ildən artıqdır, insanlıqda haqları olmayan bu xalqın murdarlığından istifadə edərək, xalqımızı yuxarıda qeyd etdiyim kimi, insanlığa yaraşmayan işgəncələrə, fəlakətlərə, deportasiya və işğallara düçar etdilər.

70 il “baba”deyərək “azadlıq günəşi” kimi sitayiş etdiyimiz Vladimir İliç Leninin Azərbaycana və azərbaycanlılara qarşı münasibətini sizə çatdırmağa çalışacağam. Tarixi araşdıranlar yazır:” Azərbaycana və azərbaycanlılara qarşı yönəldilmiş bu dağıdıcı strategiyanın, ərazi iddialarının təməli hələ 1918-ci illərdə bolşevik Rusiyasının yaradıcısı Vladimir İliç Lenin tərəfindən qoyulmuşdu. Lenin Bakının sovetləşməsi, bolşevik Rusiyasının əlində qalmasını təmin etmək, hətta bu mümkün olmazsa, son anda görəcəyi işlər barədə general Ter-Qabrielyanı təlimatlandırıb Bakıya göndərir və ona tapşırır:“Siz Ter-Petrosyana bir daha çatdırın ki, o, hücum vaxtı Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın…”Ter-Qabrielyanın cavab teleqramı özünü çox gözlətmir:“Hər şey hazırdır”.

Rusiya dövlətinin Qafqazda fəaliyyət göstərən, erməniləri müdafiə edən, silahlandıran, təşkilatlandıran, planlar qurmasına, xalqımızı qırmasına yardımçı olan diplomatları, çinovnikləri, hərbçiləri nə qədər erməni mövqeli olsalarda, bu iyrənc tayfanın etdiyi rəzillikləri öz xatirə və memuarlarında nifrət hissiylə qeyd etmişlər. Məsələn, general-leytenant Qryaznovun 1915-ci ildə Ərzincan bölgəsində ermənilərin törətdikləri qətliamlar barədə yazdığı raportundan:“Müsəlman kəndlilərin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları yollara səpələnmişdi… Əsasən, qadınlar və uşaqlar idi! Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır”.

Sonra rus ordusunun gürcü əsilli komandanı general İlya Odişelidzenin Sankt-Peterburqa yolladığı məktubdan bu sətirlərə nəzər salırıq:“11-12 mart gecəsində erməni cəlladlar Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülərlə və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını məlum planlarını icra etmək məqsədilə qazdırdıqları xəndəklərə atırdılar. Hər xəndəyə 80 müsəlmanın nəşi atılırdı. Mənim yavərim 200 belə xəndək saydı”.

Ermənilərə dəstək olan ingilis generalları ermənilər haqqında

 

Tarixçilər yazır: 1918-ci ildə Bakıda yerləşdirilmiş ingilis qoşunlarının komandanı, Qafqaz İslam Ordusuna qarşı müqavimət əməliyyatının rəhbəri general Lionel Denstervillin gündəliyindən:“Hər iki cinahın ön xəttində dayanan ermənilərin nəzarət etdiyi mövqelər mənim Şimali Stafforddan olan əsgərlərim hesabına qüvvətləndirilsə də, bu ermənilər son dərəcə boş, fərsiz adamlardır. Aralarında heç bir nizam-intizam və mütəşəkkillik yoxdur. Bakı, heç nəyə baxmadan hələ də müdafiə olunur. Bu, uzun sürən möcüzədən savayı, ayrı bir şey deyil. Ermənilər düşmənin hücum etdiyi bütün mövqelərdən qaçırlar. Nəticədə mənim yardımdan məhrum olan əsgərlərim asan ova çevrilirlər. Mən ermənilərə az öncə möhkəmləndirilən mövqelərdə yerləşməyi əmr etmişdim. Çünki zərbəni məhz həmin istiqamətdən gözləyirdik. Amma onlar düşmən hücumunu əsas gətirib əmrin icrasından boyun qaçırdılar. Dünən erməni hərbi hissələrinə cəbhə xəttinə yollanmaq əmr olunub. Lakin yığışıb məsələ ilə bağlı iclas keçiriblər. Onlardan 30 faizi cəbhə xəttinə yollanmağın lehinə, 70 faizi əleyhinə olub! Baş komandan general Vasili Dokuçayevin qərargah rəisi polkovnik Zirayp Avetisov aciz, xəstə, tamamən heç bir işə yaramayan adamdır. Generala dedim ki, ona bir təpik vurub qovsun, yerinə də Stouku təyin etsin. 5 sentyabr 1918-ci il”.

Tarixçilərin araşdırmalarına görə, Böyük Britaniyanın briqada generalı Vilyam Artur Qortonun ermənilərin Qarabağda törətdiyi soyqırımı ilə bağlı Londona göndərdiyi 1918-ci il 8 XII tarixli məruzəsində yazır:“...Ermənilər tərəfindən 180 kənd dağıdılmış, çoxlu sayda azərbaycanlı qətlə yetirilmişdir. Türklərdən müdafiə olunmaq üçün Mayor Hibbondan alınan bütün silah və artilleriya qurğuları Andranikin erməni silahlı birləşmələrinə təhvil verilmişdir”.

Bakıda müsəlmanların kütləvi qətlləri ilə bağlı məşhur ingilis diplomatı Uordropun 1918-ci il 29 IV tarixli 452 №-li, general Marlinqsin 30 IV tarixli 76 №-li məlumatında bunları bildirir:“...Ermənilərin yaxşı silahlanmış dəstələri azərbaycanlıların dörddəbir hissəsini qətlə yetirdilər. Bolşeviklər ermənilərlə birgə müsəlmanlara qalib gəldilər... 1918-ci ilin martında Bakıda 12.000 azərbaycanlı qətlə yetirildi”.

1919-cu ilin əvvəlində ABŞ-ın İstanbuldakı səfiri Henri Morgentaunun general Harborda yazdığı məktubda böyük bir gerçəyi ortaya qoyur:“Osmanlıdan köçürülən 750 000 erməninin hamısı Zaqafqaziyada yerləşdirilib”.

 

31 Mart Azərbaycanlıların soyqırımı günü

 

Həmin günlərdə Bakıda olmuş Cənubi Azərbaycan Milli Hərəkatının gələcək lideri Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə gördüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas olmadan, yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”.

Məqaləmə BDU professoru, tarix elmləri doktoru Anar İsgəndərovun fikirləri ilə yekun vurmaq istəyirəm:” 70 illik sovet dönəminin ən dəhşətli hadisələrindən biri 36 cilddən ibarət olan fövqəladə tədqiqat komsissiyasının sənədlərinin gizlədilməsi oldu. Nə yaxşı ki, sənədlər məhv edilmədi. Bu gün bu sənədlər əlimizdədir. Hələ Cümhuriyyət dövründə mart ayının 31-i milli matəm günü kimi qeyd olunub. Amma 70 illik sovet dönəmində soyqırımından bir söz belə salınmayıb. Əksinə, əsərlərində yalançı soyqırımlar təbliğ edilib. Müstəqillik əldə ediləndən sonra əsərlər silindi. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib . Bir fəlakət gələndə insanlar birləşir.18-ci ilin mart soyqırımı bir qaranlıq gecə idisə, onun işıqlı səhəri 28 may, Cümhuriyyət oldu.”.

 

Əntiqə Rəşid