Tətilin ilk günündə hava necə olacaq?
Mayın 27-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22°, bəzi yerlərdə 25° isti olacaq.
Digər Xəbərlər
26 May 2026 11:53
Hər iki valideynin işləməsi bağçaya qəbulda imtiyaz kimi nəzərə alınsın - TƏKLİF
26 May 2026 11:24
"Erkən evlilik üzrə göstəricilər son 3 ildə 50%-ə yaxın azalıb" - Komitə sədri
26 May 2026 08:43
"Böyük qayıdış": Üzü Ağdama
25 May 2026 19:50


Bakı -°C

