Aysel Nəsirzadənin imza günü keçirildi
Mayın 23-də VI Türk Dünyası Ədəbiyyat Festivalı çərçivəsində Aysel Nəsirzadənin “Gerisi nağıl” kitabının imza günü keçirildi.Açıq səma altında təşkil olunan festival çərçivəsində baş tutan imza saatı oxucuların böyük marağına səbəb oldu.
Tədbirə xeyli sayda oxucu qatıldı, kitablar imzalandı, oxucular müəlliflə xatirə şəkilləri çəkdirdilər.
Qeyd edək ki, “Gerisi nağıl” Aysel Nəsirzadənin sayca 5-ci kitabıdır. Müəllifin indiyədək nəşr olunan kitablarından dördü Azərbaycanda, biri isə Türkiyədə çap olunub. Yazıçı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus imzası ilə seçilir.
Tədbirdə yazarın dostları və həmkarları da iştirak edərək onu bu əlamətdar gündə tək qoymadılar.
Digər Xəbərlər
25 May 2026 09:45
Qələm olanlarla qələmin olanlar - Pərvanə Bayramqızı yazır
24 May 2026 20:32
Əbülfət Mədətoğlu oxucularla görüşdü - VİDEO
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28


Bakı -°C

