adalet.az header logo
  • Bakı -°C

Avropa İttifaqı "xəyallar aləminə" səyahətə başlayır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
83 | 2026-05-26 12:46
A- A+

Avropa İttifaqı deyəsən xəyallar aləminə səyahətə hazırlaşır. Avropa Şurasının rəhbətiAntoniu Koşta, Finlandiyanın keçmiş prezidenti Sauli Niiniste və Avrokomisiyanın eks sədri Jan Klod Yunker, Rusiya ilə potensial danışıqlar aparacaq şəxslər kimi təqdim olunurlar.

 Avropa İttifaqında toplaşan və artıq heç bir rəsmi vəzifə daşımayan bir qrup eks dövlət rəhbərləri deyəsən Rusiyanı və onun kmperialist düşüncə tərzini yaxından analiz etməyiblər. Onlar anlamaq istəmirlər ki, Rusiyanın dövlət başçıları və ümumiyyətlə onların dövlət siyasəti, istənilən səviyyədə aparılacaq danışıqlarda üstün tətəf olduqları halda baş tuta bilər. Əks halda bir bəhanə tapıb danışıqlardan boyun qaçıracaqlar.

 Avropa İttifaqına toplaşan "pensionerlər" elə bilirlər ki, Moskva ilə, "beynəlxalq hüquq", "beynəlxalq insan haqları", "beynəlxalq sərhədlər" və "beynəlxalq nağıllar" barədə danışıb razılığa gələ bilərlər.

  Rusiya imperiyası yarandlğl gündən heç vaxt "beynəlxalq nağıllara" məhəl qoymayıb. Bundan sonrada məhəl qoymayacaq. Kremlin öz "nağıllar aləmi var" və illərdi hər kəsi öz nağıllarına inandırmağa çalışır. 

ABŞ-ın siyasi dairələri Moskvanın "göz yaşlarına" şübhə ilə yanaşsalarda, siyasəti biznes çevrəsində qəbul edən prezidentləri Donald Tramp hələ də Rusiya prezidenti Vladimir Putinin "göz yaşlarına inanır. 

  Avropalı "pensioner dayılar" isə,   Rusiya ilə mümkün danışıqlar apara biləcək eks-lərin siyahısını genişləndirirlər. Düşünürlər ki, Almaniyanın keçmiş kansleri Angela Merkel, İtalyanın eks-baş naziri Mario Draqidə mümkün danışıqlarda iştirak etməyə yaraya bilərlər. 

  Rusiya prezidenti Vladimir Putin isə, Avropa ilə  mümkün danışıqları Almaniyanın lap keçmiş kansleri, hazırda deyəsən Qazpromun Almaniya "filialının" rəhbəri,  Gerhad Şrederlə aparmağa üstünlük verdiyini bəyan edib. 

 Ukraynada dörd ildən çox davam edən müharibə getdikcə qızışır. Rusiya paytaxt Kiyevi, Ukrayna isə Rusiyanın dərinliklərini bombalayır.  

Avropa isə, getdikcə yaxınlaşan təhlükəni hiss edir və deyəsən alçaldıcı danışıqlara getməyə hazırlaşır...

 

TƏQVİM / ARXİV