adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SÜLH DƏHLİZİ

MEHMAN CAVADOĞLU
47339 | 2021-03-15 18:29

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Anna Lindeni qəbul edərkən deyib: “Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir". Daha sonra danışıqların müxtəlif səviyyələrdə bir neçə mərhələsinin keçirildiyinə toxunan dövlət başçısı bildirib ki,  məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər: “Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik".

Bölgədəki kommunikasiyaların açılması Dağlıq Qarabağ  münaqişəsi başlayan vaxtdan bu günə kimi bütün danışıqların, müxtəlif səviyyəli və səpgili ekspert rəylərinin başlıca predmetlərindən biri olub, ərazi mübadiləsi, yaxud digər prinsiplərə əsaslanan müxtəlif nizamlama variantları və təkliflərinin ana xəttini təşkil edib. Çünki adına hər nə qədər humanitar dəhliz deyilsə də, onun işlək hala gətirilməsi əslində, böyük geopolitik hadisədi, təkcə Azərbaycanla Ermənistan yox, bütövlükdə bütün region ölkələri və regionda maraqları olan dövlətlər üçün cəlbedici məsələdi. Ancaq birinci növbədə və hamıdan çox məhz Ermənistana lazımdı. Təbii ki, kommunikasiyalar deyəndə söhbət ermənilərdən başqa heç kimə lazım olmayan Laçın dəhlizindən yox, Qərblə Şərqin, Şimalla Cənubun kəsişmə nöqtəsində yerləşən Zəngəzur dəhlizindən gedir.

Əslində, elə Zəngəzur dəhlizi də hamıdan çox məhz onlara lazımdı.  Naxçıvanla quru əlaqəsinin yaradılması baxımından bizdən ötrü nə qədər mühüm olsa da, Azərbaycanın onsuz ötüşmək ikmanları  yetərincədi. Bu yolun 30 ildir ki, bağlı qalmasına rəğmən muxtar respublikanın inkişafına elə mühüm əngəl törətməməsi dediyimizə əyani sübutdu. Region ölkələri və regionda maraqları olan dövlətlərə gəlincə, belə baxanda nə onlar, nə də heç kal almurd olub ermənilərin boğazına keçmiş Türkiyənin özü bu dəhlizə möhtac deyil. Bakı-Tiflis-Qars dəmir yolu artıq işə düşüb və qardaş ölkənin yükləri bu xətt vasitəsiylə Orta Asiya və Çinə daşınmaqdadı. Sadəcə, bir az məsafə uzaq düşür ki, ümumi yolun uzunluğu fonunda bu o qədər də ciddi itki deyil, yox, söhbət Ermənistanın qorxduğu, daha doğrusu, Şimal süzerenini qorxutduğu Turan siyasi dəhlizindən gedirsə, ümumiyyətlə, itki deyil. Çünki heç kim böyük siyasi ambisiya və maraqları müstəvisində belə xırda iqtisadi vasvasıçılıq eləməyi özünə rəva görməz.

Bütün bunlara baxmayaraq, Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarının tam şəkildə bərpasının qarşısını alan və yaxud məsələni xeyli uzadan 10 noyabr 2020-ci il və daha sonra qəbul edilmiş, yalnız kommunikasiyarın açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il bəyanatlarının müddəaları yerinə yetirilməli və bu dəhliz açılmalıdı. Ancaq Ermənistan ölkədəki daxili gərginliyi bəhanə edərək məsələni uzatmağa, hətta birdəfəlik gündəlikdən çıxartmağa çalışır. Baş nazirin mətbuat xidmətinin rəhbəri Mane Gevorkyanın10 noyabr bəyanatında bu barədə heç bir müddəanın olmaması barədə bir neçə gün əvvəl söylədiyi həyasız yalan da məhz buna hesablanıb.

Bütün geopolitik ritorikaları bir kənara tullayıb məsələyə sırf humanitar prizmadan yanaşsaq belə Zəngəzur dəhlizinin açılması bu gün Azərbaycanın, eləcə də bunu öz imzasıyla təsdiq eləmiş Putinin əsas hədəflərindən biri olmalıdı. Ermənistandakı siyasi gərginlik Azərbaycanın problemi deyil, Putin üçünsə, ümumiyyətlə, problem deyil. Çünki bu ölkədə ağız-ağıza yatan hərbi-siyasi liderlər arasında onun iradəsinə qarşı çıxan bir kimsə yoxdu. Zəngəzur dəhlizi açılmayacaqsa, onda Laçın dəhlizi də bağlanmalıdı. Ən pis halda dəhlizin  Ermənistanla sərhəd-keçid məntəqəsi rus sülhməramlılarıyla birgə Azərbaycan sərhədçiləri və gömrük orqnlarının birgə nəzarətinə verilməlidi. Artıq köçən köçüb, qayıdan qayıdıb, indi bu məntəqə dinc sakinlərdən daha çox terrorçularına, bir də Azərbaycanla onun erməni əsilli vətəndaşları arasında barışıq mühitinin yaradılmasına mane olan, düşmənçilik hisslərini körükləyən qisasçı erməni siyasətçilərinə və onların üzdəniraq xarici dostlarına xidmət eləyir. Keçid məntəqəsinə birgə nəzarət variantının rəsmi Kreml tərəfindən hətta ehtimal kimi səsləndirilməsi faktının özü hazırkı durumda ermənilərin Sünik vay-şüvənlərinin üstünə su səpmək üçün yetərlidi.

Diversiya və terror aktları törətmək üçün Martuniyə gətirilmiş, bir qismi Azərbaycan ordusu tərəfindən məhv edilmiş, əksəriyyəti əsir götürülmüş erməni əsgərləri də, Amerikalı müstəqil bloger Lankasterin reportajı vasitəsilə faş olunmuş, tikinti materiallarının altında gizlədilərək Qarabağa daşınan çağırışçılar da, hələ birinci Qarabağ müharibəsi vaxtı  əli dirsəklərinə kimi dinc Azərbaycan vətəndaşlarının qanına batmış odioz terrorçular da Qarabağa məhz rus sülhməramlıları tərəfindən buraxılır və bütün dəhliz buyu onların nəzarəti altında hərəkət eləyirlər. Bu yaxınlarda VOMA terror təşkilatının başçısı, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaçı Vova Vartanov adlı qatı bir terrorçu da öz dəstəsiylə Araik Arutunyandan mükafat almaq üçün  məhz həmin yolla Xankəndiyə gəlmişdi.

Azərbaycan Baş prokurorluğu hələ keçən ilin noyabrında bu VOMA-nı terrorçu təşkilat elan etmiş, onun başçısını beynəlxalq axtarışa vermişdi. İndi Azərbaycanın öz ərazisində yerləşmiş sülhməramlı kontingetin bu ölkənin ali orqanının qərarını saya saymamasının, Vartanovu tutub Azərbaycan hüquq mühafizə orqanlarına təhvil vermək əvəzinə öz müşayətiylə qeyri-legitim bir hakimiyyət orqanı rəhbərinin hüzuruna gətirməsinin adı nədir? Onların vəzifəsi münaqişə bölgəsində qarşı duran tərəflər arasında mühafizə səddi çəkməkdi, yoxsa separatçılara və terrorçulara himayədarlıq eləmək, bu azmış kimi, üstəlik, bölgənin idarəçiliyi ilə məşğul olmaq? Yeri gəlmişkən, vaxtilə gözü ayağının altını görməyən Paşinyanın təkəbbürlü açıqlamaları, sərxoş Şuşa  perfomansları öz başında çatlayan kimi, Araikin də qıcıq doğuran bu cür düşük hərəkətləri cəzasız ötüşməyəcək.

Rus sülhməramlılarının belə sərbəst davranışları təkcə Kremlin özünü bölgənin əsl sahibi saymasından qaynaqlanmır. Bu gün həmin sülhməramlıların mövcudluğu və ermənipərəst mövqeyi Qərbin də maraqlarına cavab verir.  Təsadüfi deyil ki, Rusiyanın hər hansı kiçik bir siyasi iddiasını və geopolitik cəhdini, hətta ən əhəmiyyətsiz sosial-iqtisadi layihə və təşəbbüslərini süngüylə qarşılayan Avropa da, onun okeanın o üzündəki yaxın müttəfiqləri də heç bir beynəlxalq mandata malik olmayan, heç kimin, heç bir qurumun qarşısında məsuliyyət daşımayan, yalnız Putinin şəxsi göstərişləriylə hərəkət eləyən belə bir kontigentin ora yerləşdirilməsini az qala toy-bayramla qarşıladılar. Bu missiyanın fəaliyyətinin heç bir hüquqi akt və mexanizmlərlə tənzimlənməməsi hüququn aliliyini təkcə idarəçilik prinsipi yox, mənəvi dəyər sayan demokratiya təəssübkeşlərinin yadına da düşmədi. Təbii ki, Rusiyaya yox, ermənilərə olan sevgi ucbatından. Onların bu 30 ildə üzdə nə deməklərindən asılı olmayaraq, daldada Azərbaycanı özlərinin fəaliyyətləri və fəaliyyətsizlikləri nəticəsində yaratdığları həmin reallıqlarla barışmağa təhrik etməklərinin kökündə də məhz bu erməni vurğunluğu dayanırdı.

Laçın dəhlizi yuxarıda da dediyimiz kimi yalnız ermənilərə lazımdı və o üzdən də hazırda humanitar dəhlizdən daha çox eskalasiya vasitəsinə çevrilib. İndi Azərbaycanda hansısa erməni icması var deyə ordan Ermənistana dəhliz açmaq bizim boynumuzun borcu deyil. Akademik Marın qaraçı soyunun bir qolu adlandırdığı bu qövm dünyanın müxtəlif yerlərində öz taborlarını salıb. Bu məntiqlə Ermənistandan, məsələn, Krasnodara, Livana, Suriyaya, Marselə, Kaliforniyaya, nə bilim, daha haralara çoxsaylı dəhlizlər salınmalıdı.

Nə isə...

Rusiya qarşısında tələb qoyulmalıdı ki, ya Laçın dəhlizini bağlamalı, ən azından Laçın-Gorus keçid məntəqəsinə Azərbaycanla birgə nəzarət etməli, ya da  Zəngəzur dəhlizinin açılmasıyla bağlı öhdəliyini tezliklə yerinə yetirməlidi. Laçın dəhlizi təkcə ermənilərə xidmət edirsə, Zəngəzur dəhlizi hər iki tərəfə lazımdı. Məhz bu üstünlük onu Laçın dəhlizi kimi eskalasiya yox, sülh dəhlizinə çevirəcək. Təbii ki, əgər ermənilər minillik xəstə vərdişlərindən əl çəksəlr. Yox yenə də öz mifik arzularını əsiri olaraq qalacaqlarsa, qonşularla dil tapıb dinc yanaşı yaşamaq əvəzinə  xislətlərinə yaxşı bələd olduqlarına görə tarix boyu onlardan öz maraqları naminə istifadə edib dar ayaqda güdaza verən böyük dövlətlərin  mərhəmətinə qısılmaqla xəstə xəyallarına qovuşmaq sevdasından əl çəkməyəcəklərsə, onda heç nə alınmayacaq, Dəmir yumruq Domokl qılıncı kimi daim başlarının üstündə hazır olacaq.

M. Cavadoğlu

TƏQVİM / ARXİV